Azərbaycanda iyrənc cinayət: Qadınla qeyri-təbii yolla cinsi əlaqədə oldu, videosu çəkildi

Azərbaycanda iyrənc cinayət: Qadınla qeyri-təbii yolla cinsi əlaqədə oldu, videosu çəkildiDələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hacıqabul şəhər sakini Sübhan Babayev Samirə Səlimova (zərərçəkmişlərin ad və soyadları şərti göstərilib – red.) ilə qeyri-təbii yolla intim münasibətdə olub və bunu videoya çəkib.

Güləhməd Mirzəyev də həmin intim münasibəti əks etdirən pornoqrafik xarakterli videogörüntüləri əldə edə bilib.

Güləhməd Mirzəyev 2015-ci ilin aprel ayının ortalarında Şirvan şəhərində yerləşən "Sərvət" şadlıq sarayının qarşısındakı kafelərin birində Sübhan Babayevlə görüşüb.
Bu zaman Güləhməd Mirzəyev Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərini əldə etdiyini deyib. O, Sübhan Babayevi həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib.

Bu videogörüntülərlə Güləhməd Mirzəyev Sübhan Babayevi hədələyərək 15 min manat verməsini tələb edib. Təxminən aprelin 18 və ya 19-da Güləhməd Mirzəyev Hacıqabul şəhəri ərazisindəki "Nar bazarı" adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevin 15.000 manat nağd pulunu alıb.
Bundan əlavə, Güləhməd Mirzəyev tanışı Natiq Kazımovla əvvəlcədən razılaşıb və cinayət əlaqəsinə girib. Onlar birlikdə yenidən Sübhan Babayevi həmin pornoqrafik video ilə şantaj etməyə başlayıblar.

Natiq Kazımov Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərin olduğunu, həmin görüntülərin Hacıqabul və Şirvan şəhərlərində yayılacağından xəbərdar olduğunu deyib.
Bu səbəbdən Natiq Kazımov 2015-ci il aprel ayının sonlarında Hacıqabul şəhəri ərazisindəki "Nar bazarı" adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb, həmin video görüntülərin mənbəyinin kimliyi haqqında məlumatları bildiyini söyləyib. Natiq Kazımov Sübhana 5.000 manat pul müqabilində həmin görüntülərin yayılmasının qarşısını ala biləcəyini bildirib.

Bundan sonra Güləhməd Mirzəyev 3 may 2015-ci il tarixdə Hacıqabul şəhəri ərazisindəki "Nar bazarı" adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb. O, Sübhana Samirə Səlimova ilə olan videogörüntülərin yayılmasının qarşısını alacağını vəd verib və aldatma yolu ilə Sübhan Babayevin 5.000 manat nağd pulunu ələ keçirib. Güləhməd Mirzəyev zərərçəkmişdən aldığı pulun 1200 manatını Natiq Kazımova verib.
Güləhməd Mirzəyev 19 oktyabr 2015-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 3,198 qram çəkidə narkotik vasitə əldə edib. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumata əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oktyabrın 20-də əməliyyat keçirib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 17.20-də Hacıqabul rayonu, İsmət Qayıbov küçəsində yerləşən "Hadisə Yeri" adlanan çay evinin qarşısında Güləhməd Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub.
Güləhməd Mirzəyev Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, digər təqsirləndirilən Natiq Kazımov isə Cinayət Məcəlləsinin 178.2.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güləhməd Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Natiq Kazımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Güləhməd Mirzəyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Güləhməd Mirzəyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə araşdırılıb.
Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Güləhməd Mirzəyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsüf edilib, onun cəzası 11 il 3 aya endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.

Bu qərardan Güləhməd Mirzəyev kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılıb.
Hakim kollegiyası Güləhməd Mirzəyevin kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib.
Qərara görə, Güləhməd Mirzəyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi həmin məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilib.
Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi məhkəmə aktından xaric edilib.

Güləhməd Mirzəyevin cəzası 10 ilə endirilib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8130   Tarix: 08 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914