"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAR

"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLARDeyirlər ki, insanların taleyi Adəmdən başlayırsa, geyimin də tarixi əncir yarpağından gəlir. Bəlkə də əncir ağacının qədimliyini yarızarafatla deyilən bu fikirdən daha gözəl ifadə etmək olmaz. Tarix dəyişsə də, hələ də bu ağacın yarpağından kökünə kimi hər orqanı min bir dərdə dərman sayılır.

Avqustun ortalarında artıq şirələnməyə başlayan əncir günlər ötdükcə öz şirinliyinə "tab gətirə bilməyib" çatlayaraq sahibini gözləyir.

Kimisi ondan mürəbbə bişirir, kimisi vətəqələrə düzüb qurudur, kimisi isə "can dərmanı", - deyib aram-aram nuş edir.

Elə biz də "Qafqazinfo" olaraq əncir mövsümündə yolumuzu Maştağadan, məşhur Ləyiş bağlarından saldıq.

Sübh 6-dan yol qırağına gətirilən vedrələr qısa müddətdə səliqəylə düzülmüş əncirlərlə dolur.

Satıcılar isə məhsullarına tam güvənirlər: "Buyur, ye, dadına bax".

"Bax bu, yeməyə yaxşıdır, apar ver uşaqlara, bundan isə mürəbbə bişir, düz süfrəyə, qışda mənə "sağ ol" de!"

Bura topdansatışdır. Gün ərzində 5-10 ton əncir gəlir, satılır. Qara, sarı, göy əncir var. Sarı əncir əsasən mürəbbə üçün alınır, qiyməti də 1 manatla 1.50 qəpik arasında dəyişir. Axşam bazarında hətta daha ucuz almaq olar. Qara əncirin qiyməti isə 2-4 manat arasındadır.

"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLARYolustü maşınlar dayanır, əncirlər dadılır. Yolu burdan düşənlər ya vedrələrlə, ya da elə sadə paketlərlə uşaqlarına bir-iki kilo əncir alıb aparırlar.

Satıcılar sadəcə məhsulunun şirinliyini tərif etmirlər, üstəlik onların arasında əncirinin keyfiyyətini göstərmək üçün loğmanlıq edənlər də var:

"Enerjini artırır, yüksək qan təzyiqini azaldır, immun sistemini gücləndirir. Ürək-damar xəstəliklərinin, serrozun bir nömrəli dərmanıdır. Qara əncir ye, gör qaraciyərində bir problem olurmu?! Qısası, bunu yeyənin ağrısı olmaz".

Saat təqribən 12 radələridir. Qəhrəmanımız Əziz Sadıqov artıq gətirdiyi məhsulunu satıb boş vedrələrlə bağına yola düşür. O, 10-11 yaşından əncir satmağa başlayıb. Dediyinə görə, elə əncir bağı da ona babasından qalıb:

"Mən heç onun üzünü də görməmişəm. Sağ olsun, mövsümü gələndə meyvəni satıb pul qazanıram. Necə deyərlər, əncir ağaclarından yıxıla-yıxıla böyümüşəm".

"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAROnunla birlikdə bağa daxil oluruq. Nişanlı olan Əziz bəy gəlinini gətirmək üçün həyətində ev tikir. Həm də əncir ağaclarından və becərdiyi digər tərəvəzlərdən gələn gəlirlə...

"Çox şükür, az-çox pulumuzu qazanırıq. Onsuz da bir il boyunca təkcə əncir satıb dolanmaq mümkün deyil. 200-300 ağacın olsa bəlkə də ola bilər. Yəni nə gəlir gəldi, Allah bərəkət versin. Pul olan yerdə evi tikib qurtarmağa nə var ki".

Müsahibimizin bəxtindən bu il məhsul da bol olub. Hətta o, ənciri yığıb qurtarmaqda çətinlik də çəkirmiş:

"50-100 kilo məhsul verən ağaclarımız var. Əncir elə ağacdır ki, böyüdükcə məhsuldarlığı da artır. 40 ilin ağacından 200 kilo da meyvə dərə bilərsən. Allahın işidir ki, bu yerlərdə əncir yaxşı olur. Başqa yerdə əncir bizim kənddəki kimi şirin, dadlı olmur".

Həmsöhbətimiz əncir ağacının altını özü üçün kölgəlik seçsə də, orada yatmağı başqalarına məsləhət görmür. Əziz havasızlıq yarandığı üçün bu ağacın altında yatmağın təhlükəli olduğunu qeyd edir:

"5-10 dəqiqə otur, dincini al. Ancaq nəbadə yatasan!".

"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAR"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAR"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAR"Nişanlıyam" - Toy edib ev tikdirmək üçün əncir yığıb satan Əziz - VİDEO+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1527   Tarix: 04 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022