"Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar" - Big.az saytının rəhbəri

"Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar" - Big.az saytının rəhbəri"BiG Group" şirkətinin rəhbəri və təsisçisi, iş adamı Emil Əkbərovun Aznews.az saytına müsahibəsini təqdim edirik:

Emil bəy, "BİG GROUP" haqqında danışmağınızı istərdik...

BİG GROUP şirkəti 14 ildir ki, fəaliyyət göstərir. İlk addımlarımızı BiG.AZ saytı ilə atmışıq. BiG.AZ Azərbaycan saytları siyahısında ilk saytlarından biridir. Neçə illərdir ki, ön sıralarda gedirik. BiG.AZ öz möhürünü vurandan sonra qərara gəldik ki, yeni proyekt yaradaq. Bu gün BİG GROUP-a 15-ə yaxın proyekt daxildir. Onlardan 3-ü xəbər mediasıdır (BiG.AZ, Sonxeber.az, xanim.az), digərləri isə (unvan.az, tezbazar.az, vipemlak.az, izle.az, sebet.az, servis.az, webpage.az və s.) ticari layihələrdir.

Artıq illərdir ki, BiG.AZ öz sahəsində birincilik pilləsini qoruyur. Saytın oxunaqlı olmasının başlıca səbəbləri hansılardır?

Saytın oxunaqlı olmasının başlısa səbəbi uzun illər fəaliyyət gösərtməsi və oxucu inamını qazanmasıdır. Oxucularımız BiG.AZ-ı sevir, dəstəkləyir. Sevindirici haldır ki, oxucular sayta sosial şəbəkələrdən deyil, birbaşa BiG.AZ yazaraq daxil olurlar. BiG.AZ-ın öz auditoriyası, gücü, oxucuları var. Obyektiv olmağa çalışırıq. Əgər xəbərin mənbəyi və xəbərin özü doğrudursa, bu xəbər təsdiqlənirsə, bu informasiyanın siyasi, mədəni, iqtisadi olmasından asılı olmayaraq yayımlayırıq. Əlbəttə, araşdırırıq, tapırıq və faktlar əsasında yazırıq. Biz oxucu təlabatı ilə hesablaşırıq və xəbər seçimində müxtəlifliyə üstünlük veririk. Çalışırıq ki, oxucunun təlabatına uyğun olaraq, insanları informasiyalarla təmin edək.

BiG.AZ-ın bu günə kimi daha çox oxunan xəbərini xatırlayırsınızmı?

Aprel döyüşləri ərəfəsində qələbə xəbərləri ən çox oxunan xəbərlərdən idi.

Nəyə görə Azərbaycanda şou xəbərlər daha çox oxunur?

Bu kommersiya xarakterlidir. Bu gün şou-biznes xəbərlərinə olan təlabat daha çoxdur. Bunun da səbəbini bilirəm. Məsələn, Azərbaycan qadınları ya mental dəyərlərimizə çox bağlıdırlar, ya da evləndikdən sonra həyat yoldaşları tərəfindən işləmələrinə icazə verilmir. Xanımlarımız daha çox evdə olurlar. Buna görə də şou-biznesə maraqları yaranır. Nəzərə alsaq ki, Azərbaycanda qadınların sayı daha çoxdur, demək ki, belə məlumatlara da daha çox təlabat var. Kişilərimizin də əksəriyyəti ali məktəblərə oxumaq üçün yox, sırf diplom əldə etmək üçün üz tutur. Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar. Buna görə də şou-biznesə maraqları yaranır, çünki şounu qavramaq onlara daha asan başa gəlir. Biz də təlabata uyğun formada fəaliyyət göstərməyə məcburuq ki, heç olmasa, bizim də reaklamlarımız olsun. Bu gün adi bir şou-biznes xəbəri siyasi və iqtisadi xəbərdən 15-20 dəfə çox oxunur. İnsanlarımız şouya meyillidir. Bu bir az da bizim mentalitetlə bağlıdır. İnsanlar qapalı olan şeylərdən qaçırlar. Əgər mentalitet insanları çərçivəyə salırsa, buradan çıxmağa çalışırlar. Buna görə də hansısa müğənninin həyatı, şəxsi münasibətləri insanlara daha maraqlı gəlir. Amma bununla belə, xəbər müxtəlifliyinə də üstünlük veririk. Oxucuların hər təlabatı ilə hesablaşırıq.

Hansısa bir xəbəri paylaşdığınıza görə təhdid olunmusunuz?

İdeal heç nə yoxdur. Əlbəttə, iş olan yerdə nöqsan da olur. Hər bir işdə boşluqlar ola bilər. Biz heç kəsi "vurmuruq", heç kəsin haqqına girmirik. Fəaliyyətimizi elə qurmamışıq ki, kimsə bizə öz narazılığını bildirsin. Sadəcə çalışırıq ki, informasiyaları düzgün formada insanlara çatdıraq, bu gün nə baş verirsə, onu da yazıb yayımlayırıq. Əlbəttə, istisna hallarda bizi də məhkəməyə verən olub, məhkəməyə də layiqli cavabımızı vermişik. Bizi məhkəməyə verənlərin hamısını udmuşuq. Çünki haqq bizim tərəfimizdə olub. Biz həmişə doğrulardan yazırıq.

Xəbərin başlıqlarını həqiqətə uyğun seçirsiniz, ya İP xatirinə?

Kütləvi informasiya vasitələrinin sayının çox olduğunu və informasiya bolluğunu nəzərə alsaq, fərqli xəbəri oxucuya çatdırmaq asan olmur. Yazının içərisində olan ən vacib məqamı yazının sərlövhəsinə qoymaq lazımdır. Bu da təbii ki, oxucunu aldatmağa yox, diqqət çəkməyə hesablanmalıdır. Amma hər zaman çalışmışıq ki, xəbərin sərlövhəsi ilə mətni üst-üstə düşsün.

Hansı saytı rəqib olaraq görürsünüz?

Rəqabət olan yerdə həmişə keyfiyyətli iş olub. Hesab edirəm ki, sağlam rəqabət həm bizi, həm də digər saytları uğura aparan yoldur. Bütün saytlara hörmətlə yanaşıram. Bir çox sayt rəhbərləri ilə də dostam hətta. 14 il ərzində heç bir sayt rəhbəri ilə problemimiz olmayıb, bundan sonra da yəqin ki, olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1891   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218