Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)

Qarabağ qəhrəmanı İbad Hüseynov haqqında çəkilən klip təqdim olunub. Lent.az-ın verdiyi xəbərə görə, "Fəxr elə" adlı mahnının musiqisi İmruzə Hüseynovaya, sözləri isə Gülşən Behbuda aiddir.

Klipdə əməkdar artistlər İlqar Muradov, Ədalət Şükürov, müğənnilər Elnur, keçmiş NEXT qrupunun solisti Seyran milli qəhrəman haqqında olan mahnını ifa ediblər. Adıçəkilən müğənnilər arasında Seyran özünün əsgərlik dövründəki formasını geyinib. Elnur Məmmədov isə hərbi xidmət keçmədiyi üçün bu formanı yalnız klipində geyinməklə kifayətlənib.

Klip İbad Hüseynovun dostları tərəfindən ona hədiyyə edilib. Klipin ifaçılarını bəstəkar özü seçib. Qısa bir vaxt ərzində ərsəyə gələn klipdə İbad Hüseynovun döyüş yolunu əks etdirən kadrlar yer alıb.

Qeyd edək ki, İbad Hüseynov Azərbaycan hərbiçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu "Avo" ləqəbli Monte Melkonyanı Ağdamda öldürməsi ilə məşhurdur. Azərbaycanın "Rembo"su kimi tanınan İ. Hüseynovun başını gətirəcək şəxs üçün Ermənistanda 12 milyon pul ayrılıb.

26 dekabr 1993-cü ildə İbad Hüseynov minaya düşərək ağır yaralanıb. 28 gün komada qalan qəhrəman uzun müddət müalicə aldıqdan sonra yenidən cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdıb.

Qəhrəmanın haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib. Bu ilin fevral ayında isə qəhrəmanın uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitab yazılıb.

Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)Tanınmış müğənnilər əsgər forması geyindi (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12186   Tarix: 19 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

16:28 115
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

15:39 310
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 651
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1253
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 864
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 976
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2711
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1113
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1112