Prezidentin mətbəx iradı rezonans doğurdu!

Prezidentin mətbəx iradı rezonans doğurdu!İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı televiziya kanallarının yayımladığı verilişlərə toxunaraq bəzi tənqidlər səsləndirib. Prezident deyib ki, televiziya kanallarımızın hamısı indi mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim etdirlər və bu xaricdən gələn bir meyildir. Prezident onu da qeyd edib ki, televiziya verilişlərində göstərilən reseptlər və yeməklərin bişirilmə qaydalarının insanların sağlamlığına mənfi təsir göstərməməsinin tərəfdarıdır.

İlham Əliyev sözlərinə əlavə edib ki, belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir.

"Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər"-deyə Prezident bildirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Prezidentin fikirləri ilə razılaşdığını deyir: " Bir müddət öncə mən bu barədə danışmışdım. Çox düzgün səsləndirilən iraddır. Bu gün yemək sağlamlığı yoxdur. İnsanların 90 faiz ətlərdən asılıdır. Televiziyalarda da sağlam ərzaq, sağlam qida təbliğ olunmalıdır. Bu verilişlər əhalinin sağlamlığına xidmət etməlidir".

Müstəqil media eksperti Zeynal Məmmədli də televiziyalarda yayımlanan yemək verilişlərinin bu gün sağlam qidanı təbliğ etməməsi ilə bağlı iradla razıdır: "Ümumiyyətlə televiziyalar insan sağlamlığına ciddi diqqət yetirməlidir. O qədər yemək verilişindən danışırlar, amma bu qidalar içərisində hansı sağlam qidadır, buna məhəl qoymurlar. Qidanın dadlı olması ilə faydalı olması arasında ucurum yaranmamalıdır. Tək onunu dadlı olması vacib deyil, həmçinin onun faydalı olması da mütləqdir. Eyni zamanda bu iradın hansı televiziyalara aid edilməsi də vacibdir. Niyə bu İctimai Televiziyaya aid edilmir. Faydalı informasiya vermək əvəzinə, eyni verilişləri təkrar edirlər".

Müstəqil media eksperti Qulu Məhərrəmli isə belə hesab edir ki, bu gün mətbəx verilişlərinin keyfiyyəti ilə bağlı disskusiya açmaq o qədər də akyual deyil. Onun sözlərinə görə, bu verilişlərin kommersiya, əyləncə tərəfi var və baxımlı verilişlər sırasındadır :
"Aktual olan bütövlükdə televiziyanın özünün süjetidir. Televiziya öz süfrəsində tamaşaçıya hansı verilişləri təklif edir? Niyə bu gün daha çox mətbəx verilişləri verilir? Çünki ümumiyyətlə bu gün televiziyalarımızın veriliş süfrəsi kasaddır. Televiziyalar cəmiyyəti ifadə edə bilmir. Maraqlı disskusiyalar, araşdırmalar, müəllif proqramları yoxdur. Ona görə də əlavə veriliş kimi bundan istifadə edirlər. Bu gün bütövləkdə televiziyaların veriliş kasadlığından danışmalıyıq. Hesab edirəm ki, bir veriliş ki prezident tərəfindən tənqid edilir, bu, artıq televiziyaların böhranının açıq şəkildə göstərir".

Məsələ ilə bağlı televiziyalardan münasibət öyrənmək mümkün olmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4348   Tarix: 19 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153