Yeniyetmələri intihara kimlər sövq edir?

Yeniyetmələri intihara kimlər sövq edir?Cəlilabad rayonunda yeni gəlin köçmüş 15 yaşlı Rədimə Həsənova ötən ilin sonlarında intihar etmişdi. Rayonun Günəşli kəndində yaşayan Rədimə iyul ayında ailə qurmuşdu. Valideynlərinin sözlərinə görə, ona dəfələrlə ailə qurmaq üçün yaşının çox az olduğunu desələr də, qızı fikrindən daşındırmaq mümkün olmayıb.

25 noyabrda ad gününü qeyd edən, 25 iyulda gəlin köçən 15 yaşlı Rədimə Həsənova öz həyatına da 25 dekabrda son qoyub. Həm qızın, həm də oğlanın ailəsi intihar etmək üçün ciddi səbəblərin olmadığını iddia edir.

Ötən ilin son ayında baş vermiş bu ailə faciəsi Azərbaycanda son zamanlar eşitməyə adətkar olduğumuz uşaq və yeniyetmə intiharı faktlarından yalnız biridir. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə açıqlamada bildirdilər ki, son vaxtlar doğrudan da uşaq və yeniyetmələr arasında intihar hallarının sayında artım var. "Təmiz Dünya" İctimai Birliyinin hesablamalarına görə, bu il ərzində 66 nəfər intihar edib. 43 nəfər kişi, 23 nəfər isə qadındır. İntihar edənlərdən 29 nəfər uşaq və yeniyetmədir (22 oğlan, 7 qızdır) ki, bu da cəmiyyət üçün bir mesajdır.

Mütəxəssislər uşaq və yeniyetmələr arasında intihar hallarının səbəblərini müxtəlif amillərlə izah edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli ANS PRESS-ə açıqlamasında konkret hansısa faktorun üzərində dayanıb, onu intiharın əsas səbəbi kimi göstərməyi doğru olmadığını deyir. Onun fikrincə, son dövrlərdə gənclər arasında intihar hallarının artması cəmiyyətdə sosial gərginliklə əlaqədardır. "Bundan da ən çox yeniyetmələr əziyyət çəkir. Uşaqları intihara aparan yol onlara qarşı diqqətsizliyin və məsuliyyətsizliyin nəticəsidir. Məsələn, internet, sosial şəbəkələr, kompüter oyunları, filmlər, digər təsiredici qüvvəyə malik amillər və s. Burada ən çox məsuliyyət valideynlərin üzərinə düşür".

Baş psixiatırın fikrincə, intiharı yalnız psixoloji, yaxud, sosial problemlərlə əlaqələndirmək də düzgün fikir deyil. Gəray Gəraybəyli intiharetməni bəzən depressiya ilə də əlaqəli olduğunu istisna etmir. Depressiya nəticəsində baş verən intihar halları isə kişilərdə daha çox olur.

Təhsil Nazirliyinin "Tərbiyə və məktəbdənkənar müəssisələr" şöbəsinin müdiri Ağabala İbrahimovun ANS PRESS-ə bildirdiyinə görə, nazirlik daim bu məsələni diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, orta təhsil müəssisələrində psixoloqlar çalışır və onlar uşaqların psixi durumu ilə həmişə maraqlanır. "Sistemli şəkildə iş aparılır. Uşaqların asudə vaxtlarını səmərəli keçirmək, eləcə də, onları pis vərdişlərdən uzaq tutmaq üçün valideynlərlə birgə müəllimlər də əllərindən gələni əsirgəməməlidir. Əgər hansısa uşağın davranışında qeyri-müəyyənlik hiss edilərsə, dərhal mütəxəssisə müraciət edilməlidir. Biz də öz növbəmizdə həm müəllimlər, həm də valideynlərin maariflənməsi istiqamətində müxtəlif tədbirlər keçiririk".

Ağabala İbrahimovdan intihar halları ilə bağlı konkret hansı işlərin görülməsinin lazım olduğunu soruşsaq da, nazirlik nümayəndəsi yalnız ümumi işlərdən danışdı.

Əslində özünəqəsd həm də qapalı cinayət sayılır və bununla mübarizədə polis də öz səylərini əsirgəməməlidir. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) "Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili" şöbəsinin rəisi Hüseyn Əliyev ANS PRESS-ə bildirdi ki, polisin əsas vəzifəsi cinayətin qarşısının alınmasında ilk növbədə profilaktik maarifləndirmə işləri aparmaqdır. "Belə maarifləndirici tədbirlər intihar və bu tipli cinayətlərin qarşısını alır. Bundan başqa, əgər hansısa uşaq intihara cəhd edərsə, həmin şəxs bizim tərəfimizdən təyin olunmuş müəssisəyə aparılır, müayinə olunur. Həmin şəxs yetkinlik yaşına çatana qədər bir neçə il polis nəzarətində saxlanılır".

Hüseyn Əliyevin fikrincə, bir çox hallarda valideynlər uşaqlarla düzgün münasibət qurmurlar ki, bu da sonradan uşağın özünə qəsd etməsilə nəticələnə bilər. "Uşağın tərbiyə işində əsas məsuliyyət valideynin, müəllimin üzərinə düşür. Bəzən uşağın tərbiyəsi deyiləndə, onun döyülməsi başa düşülür. Lakin bu çox yanlış fikirdir. Ata və ana uşağın psixologiyasına mənfi təsir edən hərəkətlər etməməlidir. Valideynlər çalışmalıdır ki, uşaqlar günün böyük hissəsini internet qarşısında keçirməsinlər. Bugünkü dövrdə uşaqların psixi durumuna ən çox pis təsir edən internet və sosial şəbəkələrdir. Məktəblərdə psixoloqların fəaliyyətini isə qənaətbəxş hesab etmirəm".

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev isə ANS PRESS-ə bildirdi ki, ötən illərlə müqayisədə hazırda uşaq və yeniyetmələr arasında intihara meyillik o qədər də çoxalmayıb.

Problemlə bağlı fikir bildirən "Karvan" jurnalının şef-redaktoru İsmayıl Əhmədov səbəbindən asılı olmayaraq intiharın İslamda haram olduğunu vurğuladı. Onun sözlərinə görə, intihar edən insan axirət günü məhşərdə, sorğu-sualda tutduğu əmələ heç bir səbəb göstərə bilməz. "İntihar edənlə birgə intihara səbəb olan, intihara vadar edən şəxs də günah qazanmış olur. Bəlkə də ən böyük günah intihara səbəb olan kəslərin payına düşür. Bu hal ən çox gənclər, narkotiklərə aludə olanlar arasında yayılıb. Burada da ən böyük məsuliyyət cəmiyyətin, valideynlərin üzərinə düşür" deyən İsmayıl Əhmədov bütün valideynlərin uşaqlarına nəzarək etməyə borclu olduğunu bildirdi.

Əlbəttə, intiharla bağlı dəfələrlə danışılsa da, buna müxtəlif səbəblər göstərilsə də, problemin həlli istiqamətində heç bir müsbət nəticə əldə edilməyib. Ailədaxili problemlər, valideyn-uşaq münasibətlərinin düzgün formalaşmaması və s. səbəblər var. Yalnız görülən işlər çərçivəsində orta məktəblərdə psixoloqlar fəaliyyət göstərsə də, bir çox elm ocaqlarında onların fəaliyyəti hiss edilmir. Bu isə tam başqa bir mövzuya aiddir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5861   Tarix: 25 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960