Mətanət Əsədova ilə içki masasında olan şəxs hər şeyi danışdı – VİDEO

Mətanət Əsədova ilə içki masasında olan şəxs hər şeyi danışdı – VİDEOSosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın heç də xoş olmayan videosu yayılıb.

Videoda M.Əsədova bir neçə üzü görünməyən kişi ilə bir masada əyləşərək spirtli içki içməsi əks olunub. Masa başında əyləşən şəxslər içkinin təsirindən yanlarında xanım olduğunu unudub, söyüşlər söyüblər.

Sosial şəbəkə istifadəçiləri xanım müğənninin əyləşdiyi masada söyüşlərin söyülməsini, Əsədovaya qarşı münasibəti pisləyiblər. Bəziləri isə müğənninin spirtli içki içməsini tənqid edib. Bu video geniş yayıldıqdan sonra həmkarları Mətanət Əsədovanı müdafiə ediblər. Videonu yayanı isə sərt tənqid ediblər.

M.Əsədova isə hadisə ilə bağlı ilk açıqlamasında bunları deyib: "Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı. Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu … Məclis idi, oturduq ifa etdim. Söyüş olanda belə rica etdim, "ata, mən buradayam" dedim ki, içkili insandı özünü ələ alsın, söyüş söyməsin. Allah bilsin bu işi sifarişli görənlərlə…"

Tanınmış teleaparıcı Sərxan Kərəmoğlu videonun kim tərəfindən yayıldığını M.Əsədovanın yaxşı bildiyini deyib: "Mən aktyoram, mənim qarşımda Mətanət aktrisalıq edə bilməz, mən dərhal bunu anlayıram. Həmin videonu çəkən şəxs yaymayıb. Bunun necə yayıldığını Mətanət özü yaxşı bilir. Xalqı aldada bilmərsən, artistlik etmə. Orada söyüş söyürlər, Mətanət də muğam oxumaqda davam edir. Həmin şəxslər xanımın yanənda söyüş söyürlər, gücünüz çatmırsa masadan qalxıb getməli idiniz, amma getmədiniz. Sizin etdiyiniz bu hərəkət Azərbaycan qadının adına böyük bir ləkədir. Dövlətimiz muğamımızı necə müfafiə edir, necə qayğısına qalır bəs Mətanət nə etdi?!"

Verilişdən sonra efirdə dediyi iddialarla bağlı danışan Sərxan Kərəmoğlu iddialı açıqlama verib:"Yalandan deyir ki, videonu çəkən yayıb. Videonu çəkən elə oğuldu ki, yüz Mətanət kimi müğənnini məclisində çağırtdırıb oxutdurar. İndi Mətanət çıxıb deyəcək ki, guya videonu yanındakı müğənni Valeh yayıb. Belə plan qururlar. Bilmirlər məsələni necə ört basdır eləsinlər. Mən Mətanətə dedim ki, məlum hadisə ilə bağlı mənə açıqlama ver, etmədi, özü bilər. Amma mənim üstümə dünən ona görə təcili yardım gəldi, özümdən aslı olmadı stress keçirtmişdim. Bu gün də öyrənirəm ki, sən demə o videonu özü yayıb. Ar olsun!"

Müğənni Mətanət Əsədova "Hər şey daxil" verilişinin qonağı olub. O, videosunu yayan şəxsi bağışlayacağını bildirib: "Səni bağışlayacam, ona görə ki, sən şəhid qardaşısan. Ancaq Azərbaycan kişisi, polisi, əsgəri adına xələl gətirməyin. Səni ananın göz yaşına görə, şəhidin qanına görə bağışlayacam".

O, daha sonra haqqında "Azərbaycan qadınının adına ləkədir, videonu da özü yayıb" fikrini deyən aparıcı Sərxan Kərəmoğlunu təhqir edib: "Sərxanı bağışlamayacam. Sən Allah verdiyini əldən verənsən, verilişinə gəlməmişəm deyə, o sözləri niyə işlətmisən? İlan içimizdədir. Sərxan, kişi adını korlama. Kişi adına xələ gətirən, gəl, səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, ancaq sən edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, bir gün verilişinə gətirib öpürsən. O yerim qalmadı ki, oradan öpməyəsən.

Onun sifətində nə yoxdur?! İncəsənətə murdarlıq gətirirsən, getdiyin kanaldan qovulursan. Həyasız sifətinlə yenidən məni verilişinə çağırırsan. Səni, gör, qanunla neyləyəcəm?! Tolikin ayağındakı toz da səndən qiymətlidir. Murdar, savadsız, şərəfsiz, yerə soxum səni! Verilişinə getməmişəm deyə, bu hoqqanı çıxarıb. Sənin başına oyun açacam. Üç gündür yatmıram. Sən milçəyi bağışlamayıb, əzəcəm. Mən yox, səni əzəcəklər. Ağıllı ol! Çaşma!", – deyə ifaçı bildirib.

Həmin masada əyləşənlərdən biri gənc müğənni Valeh İsrafilov olub və verilişdə həmin günü baş verənləri danışıb: "Biz Gəncədə toyda idik. Oradan ayrılıb Şamaxıya, mənim yaxın qohumumun toyuna gedirdik. Bizi Gəncədə olan toya dəvət edən şəxsin təklifi ilə yolda kafedə əyləşdik. Sonradan zəng gəldi və həmin şəxsin dostları bizə qatıldı. Onlardan biri də həmin videonu çəkən keçmiş polis əməkdaşı idi. Ona şəxsə dəfələrlə çəkməməsini dedik. Masada spirtli içki var idi və belə hadisə oldu".(Minval.info)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4534   Tarix: 21 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?

İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə

18.12.2025 183
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

18.12.2025 188
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18.12.2025 366
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

TOP MP3