Sərxandan Mətanətə sərt sözlər: "...Azərbaycan qadınının adına böyük ləkədir"

Sərxandan Mətanətə sərt sözlər: "...Azərbaycan qadınının adına böyük ləkədir"Müğənni Sərxan Kərəmoğlu aparıcısı olduğu "Xoş gəldin" verilişində həmkarı Mətanət Əsədovanın ünvanına sərt sözlər deyib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, ifaçı Mətanətin ünvanına sosial şəbəkələrdə tənqid yazanlara dəstək olub:

"Sosial şəbəkələrdə Mətanət xanımın ünvanına təhqir yazanlara müraciət edirəm. Təhqir yazmaq acizlikdir. Amma tənqid yazan hər kəsin əllərindən öpürəm. Düzgün edirsiz. Tənqid yazarsızsa, biz ondan nəticə çıxararıq".

Kərəmoğlu eyni zamanda Əsədovanı yayılmış videoya görə qınayıb:

"Mətanət xanım, dediyim sözün üstündə dururam. Sizin çox gözəl sənətiniz var, ifa etdiyiniz boğazlar bu gün heç kimdə yoxdur. Allah o vergini yalnız sizə verib. Amma mən aktyoram, siz mənim qarşımda aktrisalıq edə bilmərsiniz. Mən insanın səs tembrından tuturam ki, bu insan mənə telefonda aktyorluqmu edir, ya həqiqəti danışır. Birincisi, sizi telefona çəkən insanı və orada oturanların kim olduğunu mən bilirəm, çox gözəl tanıyıram. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Bu necə yayılıbsa, onu siz yaxşı bilirsiniz. Bizim qarşımızda artistlik etmə. Bilirsən ki, xalqı aldatmaq olmaz. İçki içmisiz, içməmisiz, dediyinizə görə limon suyudur, olsun, amma sizin yanınızda oturanlar içki içibsə və söyüş söyürsə, buna gücünüz çatmırsa, qalxıb məclisdən getməli idiniz. Amma siz getmədiz. Deməli, etdiyiniz hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. İkincisi, muğam oxumusuz, orada sizə zarafatyana sözlər deyilib. Siz dərhal muğam oxumağı dayandırmalı və yenə çıxıb getməli idiniz. Bizim muğam və musiqi sənətimizi siz təhqir etmisiniz, orada əyləşən insanlar yox".

Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılıb. Görüntüdə M.Əsədova bir neçə üzü görünməyən kişilərlə bir masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüşlər söyüblər.
Sosial şəbəkə istifadəçiləri müğənninin spirtli içki içməsini tənqid edib. Video yayıldıqdan sonra həmkarları Mətanət Əsədovanı müdafiə, görüntünü yayanı isə sərt tənqid ediblər.
Daha sonra açıqlama verən sənətçi spirtli içki deyil, limonlu su içdiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2974   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643