Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilikBuilki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib.

BiG.AZ bildirir ki, bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil.

E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır. Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır.

Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb: "Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir. Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar".

Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1329   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 146
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

16:40 131
.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 556
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 246
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 285
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 170
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 184
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 276
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 146