Elza Paşinyana şeir yazacaq
Əməkdar artist Elza Seyidcahan hər zaman diqqət mərkəzində olmağı bacarıb. Yadınızdadırsa, müğənni Ermənistanın sabiq prezidenti Serj Sarkisyana da şeir həsr etmiş və oxucu reaksiyası qazanmışdı.
Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı?
BiG.AZ xəbər verir ki, o, modern.az saytının əməkdaşı ilə söhbət zamanı solo konsertə hazırlaşdığını deyib:
"Yeni bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq.
Qaldı ki, Serj Sarkisyana yazdığım şeirə.. Bu şeiri o vaxt YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı yazdım. Şeirim doğurdan da böyük səs-küy yaratdı. Hətta Rusiyadan çoxlu zənglər gəlmişdi, şeirimi bəyəndiklərini demişdilər. Paşinyana şeir yazıb-yazmayacağım barədə isə nəsə demək çətindir. Yaradıcılıq elə bir şeydir ki, o ani yaranır. Həmin an gələrsə, yaza bilərəm".
Əməkdar artist həmçinin ikinci kitabının çapı haqqında düşündüyünü də bildirib:
"Mənim şəklimin həkk olunduğu çantalar istehsal olundu. Çantalar dünya miqyasında tanınmış böyük yaradıcı heyətin məhsuludur. Sentyabrda bu haqda ətraflı eşidəcəksiniz. Çantaların satışından alınan pulla xeyriyyə fonduna köçürüləcək.
"Mən dəlinin rəssamı" kitabım isə satılıb və indi də satılır. Bu yaxınlarda kitabla bağlı görüşümüz olacaq. Yeni kitabım da çap olunacaq. Bu, musiqi əsərlərimlə birbaşa bağlıdır. Yəqin ki, ikinci kitabımın çapı yaxın bir il ərzində reallaşacaq".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 471 Tarix: 18 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb
Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti
14:30 160 Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi
Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya
15:30 170 Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur
Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd
12:10 167 "Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb
Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma
17:10 156 Maaşlar artacaq? - VİDEO
2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?
17:30 295 Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb
Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı
19:20 143 Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb
Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb
22:30 125 Zəngilanda silah-sursat aşkarlanıb
Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl
15:10 177 Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl
21:30 149