7 Bakının bu ərazisi də sökülür – Hər kvadrata 1500 manat veriləcək

7 Bakının bu ərazisi də sökülür – Hər kvadrata 1500 manat veriləcəkPaytaxtda son zamanlar tikinti-söküntü işləri yenidən sürətlənib. Şəhərin müxtəlif yerlərində Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq köhnə və istismar müddətini başa vurmuş binalar sökülür, onların yerində müasir, hündürmərtəbəli tikililər ucaldılır. Bu layihədən sakinlərin əksəriyyəti razılıq edirlər. Çünki söküntü işlərini aparan şirkət daha öncədən sakinlərlə razılaşır və onlara yeni bina tikilənə qədər kirayə mənzildə qalmaları üçün lazım olan vəsaiti ödəyir. Bina hazır olduqdan sonra isə sakinlərə sökülən mənzillərindən də geniş ev verilir. Lakin bir zamanlar sürətli söküntü işlərinin aparıldığı "Sovetski" və "Kubinka" kimi tanınan ərazilərdə hazırda vəziyyət fərqlidir.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat" həmin küçələrdə maraqlı məlumatlar əldə edib.

İlk olaraq "Sovetski"də müşahidə edilib ki, burada söküntü yox, tikinti işləri sürətlənib. Belə ki, 6 hektar ərazidə salınması nəzərdə tutulan parkda qızğın işlər gedir. Çoxsaylı texnika və canlı qüvvə işləyərək, müvafiq işləri görürürlər. Lakin "Sovetski"nin digər tərəfində hələ də onlarla ailə yaşayır. Onlar da köçürüləcəkləri günü gözləyirlər. Ailələr bildirirlər ki, ərazidə tikinti işləri aparıldığı üçün toz və səsdən xeyli əziyyət çəkirlər. Bizimlə söhbətdə bildirdilər ki, xüsusilə də yay ayında pəncərəni açıq qoya bilmirlər. Çünki evlərinin içərisi tozla dolur.

Sakinlərin sözlərinə görə, söküntü barəsində bu ilin qış aylarında onlara məlumat verilib. Lakin sonradan bu barədə nə danışan oldu, nə də onlarla maraqlanan. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirmişdi ki, 2018-ci ilin yanvarından Bakının "Sovetski" kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək. Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək. Lakin bu açıqlamadan 8 aydan çox keçsə də "Sovetski"də yeni söküntü dalğası başlamır.

Yasamal rayonunun memarı Eyvaz Bağırov bu günlərdə oxu.az saytına bildirib ki, "Sovetski" adlanan yerdə ərazinin qalan hissəsinin nə zaman söküləcəyi məlum deyil. "Nazirlər Kabineti tərəfindən ərazinin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq. Yəqin ki, hazırkı işlər yekunlaşdıqdan sonra digər ərazilər söküləcək. Hazırda konkret ərazi var və vəsait ayrılıb. İşlər 2018-ci ildə başa çatmalıdır".

Eyvaz Bağırov onu da qeyd edib ki, "Sovetski"nin ikinci hissəsinin sökülməsi üçün növbəti qərarın nə vaxt veriləcəyi bilinmir.

"Kubinka"da olduğumuz zaman isə öyrəndik ki, buranın da söküntüsü nəzərdə tutulub. Bu barədə sakinlərlə görüşüb, məlumat da veriblər. Belə ki, plana görə ilk olaraq "Kubinka"nın "Misgərlər məhəlləsi" kimi tanınan Cəlil Məmmədquluzadə küçəsi söküləcək.
REKLAM

instagram.com

Daha ətraflı
Native Video by Adributor

Ərazinin "Misgərlər məhəlləsi" kimi tanınması təsadüfi deyil. Çünki illərdir ki, bu ərazidə qalayçılar və misgərlər fəaliyyət göstərirlər. Küçə başdan-başa qalayçıların dükanlarından ibarətdir. Bu dükanların xeyli sayda müştəriləri də var. Hər mağazanın qarşısında köhnə samovarlar, qablar gördük. Qalayçılar bildirdilər ki, onlara da söküntü ilə bağlı məlumat verilib. Lakin kompensasiya məsələsini danışmayıblar: "Bəziləri deyirlər ki, hər kvadrat üçün 1500 manat verəcəklər. Kimisi də deyir ki, bu dükanların rəsmi sənədi olmadığı üçün hər hansı bir kompensasiyadan söhbət getmir. Yəqin ki, buradan çıxandan sonra sənətlə vidalaşacağıq. Çünki müştərilərimizin hamısı bizi burada tanıyıb, yerimizin burada olduğunu bilir".

"Kubinka"nın Balababa Məcidov kimi içəri küçələrində isə söküntüsü hələ ki planlaşdırılmır. Bu barədə ərazidə yaşayan sakinlərdən məlumat aldıq. Söylədilər ki, onlar da köçürüləcəkləri günü gözləyirlər. Lakin hələ ki heç bir xəbər yoxdur. Küçənin sakini Rasim Xəlilov bildirdi ki, küçədə yaşayan hər kəsin evini, evlərinin altını və həyətlərini ölçüblər: "İcra hakimiyyətindən gəldilər, evin hər yerini ölçdülər. Dedilər ki, söküntü zamanı kompensasiyanı da gəlib danışacaqlar. Bildirdilər ki, heç kim narazı qalmayacaq. Əslində "Kubinka"da evlər "Sovetski"dəki kimi azkvadratlı deyil. Söküntü xəbəri yayıldıqdan sonra da xeyli sayda ev tikən oldu. Əvvəl deyirdilər ki, Burada hündürmərtəbəli binalar tikəcəklər. Bina tikilənə qədər də pullarını verib, insanları kirayə mənzillərə köçürəcəklər. Ancaq sonra dedilər ki, küçədə xeyli yeni evlər tikilib. Başqa variant düşünəcəyik. Beləliklə də getdilər, daha gəlmədilər".

Doğrudan da "Kubinka"da gəzən zaman müşahidə etdik ki, bir neçə ikimərtəbəli yeni evlər tikilib. Lakin bununla yanaşı, köhnə, üstü hələ də qırla örtülü olan xeyli sayda daxma da müşahidə etdik. Köhnə mənzillərin elektrik xətləri də bərbad vəziyyətdir. Bu baxımdan mənzillər hər zaman qəza təhlükəsi ilə üz-üzədir. Bu evlərdə yaşayanlar köçürüləcəkləri günü gözləyirlər. Çünki bilirlər ki, yeni mənzilləri köhnədən pis olmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1465   Tarix: 18 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401