Kamran Əsədov məhkəməyə verilməsindən DANIŞDI: "DİM–in əməkdaşı mənə zəng edərək..."

Kamran Əsədov məhkəməyə verilməsindən DANIŞDI: "DİM–in əməkdaşı mənə zəng edərək..."Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin onu məhkəməyə verəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə bildirib ki, 15 avqustda sözügedən abituriyentin valideynləri tərəfindən ona müraciət edilib:

"Məsələ məndə təəccüb yaratdığı üçün onların öz razılığı ilə feysbuk səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli olan şəxslərədən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status da hələ də qalır.

Həmin statusdan bir az sonra DİM–in əməkdaşı əvvəlcə mənə zəng edərək, sonrada SMS yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini dedi. Mənə bildirdilər ki, abituriyentin mənə təqdim etdiyi sənəd fotoşopdur.

Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Mən şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim?

Baxmayaraq ki, iki dəfə bu məsələ ilə bağlı DİM–in mövqeyini eyni profildə yazaraq qeyd etmişəm.

Bunun ardınca abituriyent, onun valideynləri ilə saat 12 radə DİM–in inzibati binasının qarşısında görüşdük. Sonra DİM–in əməkdaşı ilə görüşdük və şifahi qaydada bu sənədin saxta – fotoşop olduğunu bildirdi və bizi saat 3 də keçriləcək mətbuat konfransına dəvət etdi.

Saat 15-00-da DİM – in inzibati binasında həmən abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mtbuat konfransı keçirildi. Burda DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm:

1.Mətbuat konfransı saat 15-00 da başlayıb və mən buna qədər DİM – in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım.

2.DİM abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim.
3.Valideynlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun eketron ərizəsinə girmək mümkün deyildi və bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim.

4.Bu məsələnin (ümumiyyətlə təhsillə bağlı istənilən məslənin) facebook hesabında paylaşılması zamanı təkcə məqsəd həmən problemin aydınlaşmasıdır.
Mən bununla bağlı kiməsə müraciət etməyə məcbur və borcu deyiləm. Çünki vaxtı ilə DİM-ə, Təhsil nazirliyinə kifəyət qədər kağız daşıyıcıda, elektron formada məktub, müraciət etmişəm və onlara heç bir cavab verilməyib. Düzdür, müəyyən vaxtlarda şəxsi telefon ilə onların əməkdaşları ilə mənə olunan müraciətlərlə bağlı sual ünvanlayanda operativ cavab verib, həll ediblər.

5.DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Mən bu məsələ ilə bağlı DİM–in nüfuzuna hanısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki, DİM-in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq onların möveyinin əks etdirən status yazmışam. Özüdə təkrar yenədə deyirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam.

Təəssüf ki, mətbuat konfransında baş verənlərlə bağlı KİV nümayəndələri hər şeyi olduğu kimi işıqlandırmayıblar.

a) Abituriyentin valideynləri bu məsələdə bütün məlumatlaırn onların razılığı ilə verildiyini və mənim hansısa bir maraq və məqsədimin olmadığını

b) DİM rəhbəri iddia irəli sürdü ki, bəlkə abituriyent ümumiyyətlə qəbul imtahanında iştirak etməyib. Bu iddianı heç bir KİV-də görmədim.

c) Mən mətbuat konfransında DİM–in fəaliyyətindəki şəffaflıq, əlçatımlılıq barədə fikrimi bildirdim.

d) Mən DİM rəhbərliyinə də bu məsələdə hansısa bir məqsəd və marağımın olmadığını, sadəcə olaraq mənə daxil olan müraciətin aydınlaşdırılmasını istədiyimi bildirdim.

e) Valideynlərin çıxışları, iddiaları təəssüf ki, KİV-lərdə geniş yer almayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1597   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 325
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 80
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 872
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 389
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 0
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 1062
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 169
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 236