Eldar və Nigar: "Onlar bunu etdilər"

Eldar və Nigar: Onlar bir neçə ay ərzində bərabər fəaliyyətdən sonra onlar bütün dünyanı özlərinə heyran etdilər. Eldar Qasımov diplomatiya üzrə təhsil alan qayğısız gənc, Nigar Camal isə iki uşaq anası, evdar xanım idi. Onları nə birləşdirdi - mötəbər yarışmada iştirak etmək arzusu. Onlar arzularının arxasınca getdilər və onu reallaşdırdılar. Təbii ki, tək yox, bir çox insanların köməkliyi ilə. İndi onlar üçün həyata keçməyən arzu anlayışı yoxdur.

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın "Aysel" jurnalına müsabihəsi:

-Bu, fantastik bir şeydir, "Eurovision" musiqi müsabiqəsində çox məşhurlar iştirak edirdi, iki tanınmamış insan isə qalibiyyət əldə etdi, buna necə nail oldunuz, sirr nədədir?

Eldar:- Məncə, burada bir sirr yoxdur. Biz sadəcə ifamızı yaxşı etməyə çalışdıq, başlanğıcdan bir şou yaratmağa cəhd etdik. Məncə, bizdə alındı. Biz bunu edə bildik.
Nigar:- Məncə, bu işdə yeni olanlar onu yaxşı bilən insanlardan daha çox çalışırlar, çünki biz qalib gəlmək, qazanmaq istəyirik. Hamıdan daha çox çalışırıq.

-Demək istəyirsiniz ki, bu işdə yeni olmaq üstünlükdür?
Eldar:- Bilmirəm (cavab verməyə çətinlik çəkirlər - red.)

-Məsələn, siz builki müsabiqədə "Blue" qrupu və Cerl qardaşları kimi böyük adları geridə qoydunuz. Sizcə, bunun arxasında duran sirr nədir?
Nigar:- Bilirsiniz, bu bizim üçün bir müsabiqə deyildi, biz gördüyümüz işdən həqiqətən də zövq alırdıq. Bizim üçün bu, daha çox festival kimi idi. Adlarını çəkdiyiniz insanlar dostlarım idi, onlarla ünsiyyətdən zövq alırdım.
Eldar:- Bu, böyük ailəyə bənzəyir. Səhnəyə çıxırsan, ifa edirsən və səhnə arxasına keçəndə bütün ulduzlarla söhbət edirsən.

-Sizi səhnədən dəstəkləyənlər çox idi, bəs səhnə arxasında sizin üçün işləyən nə qədər adam var idi?[/b]
Nigar:- Saç ustaları, vizajistlər.
Eldar:- Çox idilər, onların hamısını saya bilmərik, böyük dəstə var idi, onlar olmadan heç nə edə bilməzdik. Bu, tapmaca kimi bir şeydir. Mən deyərdim ki, pazlın bütün hissələri tapılmalı və yerləşdirilərək böyük şəkil alınmalıdır. Onlar bunu etdilər və bizim başqa şəklimizi hazırladılar. Düşünürəm ki, pazlın bir hissəsini tapmasaydıq qələbə qazana bilməzdik.

[b]-Bir-birinizi nə qədər vaxtdır tanıyırsınız, nə zamandan bir yerdə ifa edirsiniz?
Eldar:- Jüri üzvlərinin duet yaratmaq fikri yaranandan bəri. İndi biz ən yaxın dostlarıq. Əgər mən yorğun və kədərliyəmsə, o məni güldürür eyni şeyi mən də etməyə çalışıram.

-Bir-biriniz haqda ilk təəssüratlarınız nə idi?
Nigar:- Biz milli seçim turlarında tanış olmuşduq, sonradan aramızda gərgin mübarizə gedirdi, mən onu şəxsən tanımırdım. Biz fərqli musiqi üslublarında ifa edirdik, mən rnb, o isə həzin. Sonrakı mərhələlərdə bir-birimizə daha yaxın olduq, daha asan işlədik. O çox yaxşı oğlandır.
Eldar:- O, çox şirindir (gülür - red.), birinci dəfə bir yerdə oxuyacağımızı anlayanda milli seçim turunun finalında səhnədə idik. Çox sevinirdik, çünki adlarımız səsləndi. Səhnəyə çıxdıq və mahnılarımızı ifa etdik. Mənim üçün bunu anlamaq çətin idi. Çünki bilirdim ki, böyük iş yerinə yetirməliyik. O anda çox xoşbəxt idim.

-Siz səhnədə çox romantik görünürsünüz, aranızda hər hansı romantik əlaqə varmı?
Nigar:- Biz səhnədə oxumaqla bərabər şou göstəririk. Səhnəyə çıxanda biz həm yaxşı ifaçı, həm də yaxşı aktyor olmalıyıq.

-Yəni səhnədə romantik, səhnə arxasında isə dostsunuz?
Eldar:- Biz sadəcə aktyorlarıq. Həyatda real olmayan şeyləri səhnədə göstərməliyik.

-İndi münasibətlərin hansı mərhələsindəsiniz?
Eldar:- Biz dostuq, bir-birimizi yaxşı başa düşürük, köməkləşirik.
Nigar:- Mən onu qardaşım kimi sevirəm.

-Sevgi yaş tanımır, elə deyil?
Nigar:- Düzdür, amma bizə aid deyil.

-Bundan sonra həyatınız musiqiyə bağlı olacaq, eləmi?
Eldar:- Düzdür, ikimiz də oxumaq istəyirik, karyeramızı davam etdirmək fikrimiz var. Şəxsən mən musiqi təhsili almaq istəyirəm.
Nigar:- Aktrisalıq fəaliyyətimi davam etdirmək niyyətindəyəm. 10 ildən sonra özümü Hollivudda görürəm.

-Hansı filmlərə çəkilmək istəyirsən?
Nigar:- Hər cür film ola bilər, hazırda yaşadığım İngiltərədə çəkilə bilərəm.

-Musiqi karyerasından uzaq olduğunuz halda müsabiqəyə qatılmaq fikri haradan yarandı?
Eldar:- Bu mənim uşaqlıq arzum idi, ilk dəfə yarışmaya baxanda 10 yaşım var idi. Ağlıma gətirməzdim ki, orada iştirak edəcəyəm. Müsabiqəni Bakıya gətirəcəyimi isə təsəvvür etməzdim.
Nigar:-Bizim gətirəcəyimizi (gülür - red.)

-Bəli, siz müsabiqəni Bakıya gətirdiniz. Buna görə minnətdarıq, sizcə, bizim hazırladığımız müsabiqənin fərqi nə olacaq?
Eldar:- Çox möhtəşəm şou görmək istəyirik, bütün Avropa ölkələrindən fərqli olsun. Bu, arzumuzdur, bildiyiniz kimi arzular çin olur.
Nigar:- Əlimizdən gələni edəcəyik. Qarşıda bizi gərgin iş, məşqlər gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3536   Tarix: 16 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130