"Rəis "şərait yarat, Fədayə Etibarla görüşsün" dedi" - MƏHKƏMƏ

"Rəis "şərait yarat, Fədayə Etibarla görüşsün" dedi" - MƏHKƏMƏBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ona verilən sualları cavablandırıb.

O qeyd edib ki, qatarla Lənkərandan Bakıya gələn zaman bələdçinin tağında Etibar Məmmədovla Əli Ağamini bir yerdə görüb: "Mən gecə yatmışdım. Qaxlanda hər iki şəxsi bir yerdə gördüm. Səhər Bakıya çatana yaxın Fuad dedi ki, həmin otağın pəncərəsi açıqdır. İçəri baxanda Etibarla Əlini otaqda görmədik. Onda bildik ki, onlar qaçıb. Tez baş idarəyə rəisimizə məlumat verdik. Lənkərandan Şirvana gələnə qədər Günay da qatarda olub. Həmin vaxt onun saçları qırmızı rəngdə idi. Günayı heç tanımırdım".

Hakim bildirib ki, T.Poladxanovun ifadələri arasında ziddiyət var.

Onun istintaqa verdiyi ifadəsi elan olunub.

T.Poladxanov istintaqa verdiyi ifadəsini təsdiq edib.

Daha sonra təqsirləndirilən qarovul rəisinin digər müavini Fuad Hacıyev dindirilib.

O, hadisə barədə danışan zaman deyib ki, gecə qatarla Lənkərandan Bakıya gələndə məhbuslar E.Məmmədovla Ə.Ağami bələdçininin otağında oturduğunu görüb: "Gecə yatmışdım. Şirvan stansiyasında yuxudan qalxanda Etibarla Əlini otaqda bir yerdə gördüm. Çünkü dustaqların arasında düşmənçilik var idi. Tahirlə Etibar yola getmirdi. Səhərə yaxın qaravul rəisi Ceyhun Səmədov yatmışdı. Qatar Bakıya çatanda Etibarla Əlinin bələdçi otağında görmədik, onlar qaçmışdı".

F.Hacıyev söyləyib ki, G.Atakiyevə qatara minən zaman istirahətdə olub: "Mən onu qatarda görəndə elə bildim məhbus qadınlardan biridir. Günay Atakişiyevanı tanımırdım".

O, E.Məmmədovun telefon işlətdiyini görmədiyini bildirib.

Məhkəmədə digər təqsirləndirilən qarovul rəisi Ceyhun Səmədov ifadə verib.

Onun sözlərinə görə, hadisə günündən bir necə ay əvvəl E.Məmmədovla müğənni Fədayə Laçına qatarda görüş verib: "Fədayə xanım Bakı vağzalında qatara yaxınlaşıb, Etibarla görüşmək istədiyini söylədi. Ona "yox" cavabı verəndən sonra telefonda kiminləsə danışdı. Bu zaman o, telefonu mənə uzadıb, həmin şəxsin mənə söz deyəcəyini söylədi. Telefonun o birisi başındakı rəisimiz Bəhruz Abdullayev olduğunu bildim. Bəhruz Abdullayev görüş verməyimi istədi. Sonra içəri keçib, yenidən onunla telefonda danışdım. Rəis "şərait yarat, Fədayə Etibarla görüşsün" dedi. Qatarda Fədayə xanımın çantasına baxış aparıb, onunla içəri keçdik. Otaqda Etibarla görüşdülər. Etibar Əli Ağamini də yanlarına gətirməsini xahiş etdi. Onu da həmin otağa apardıq. Lakin otaqda həmin şəkillərin necə çəkildiyini görmədim. Ola bilsin ki, Fədayə Laçının üstünü yaxşı yoxlamamışam".

C.Səmədov F.Laçını E.Məmmədovla görüşdürən zaman onlardan pul almadığını qeyd edib.

O, hadisə günü haqda danışanda deyib ki, səhərə yaxın istirahətdə olub: "Bakıda yuxudan qaldırıb, Etibarla Əlinin qaçdığını dedilər".

C.Səmədov söyləyib ki, Lənkəranda G.Atakişiyeva E.Məmmədovla görüşə gələndə çantası yoxlanılıb: "Çantanı Günayın yanında özüm şəxsən yoxlamışam. Orada açar yox idi. Ağlıma da gəlməzdi ki, Etibarla Əli Ağami qatardan qaçsın".

Hazırda məhkəmə davam edir.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
mənbə: report.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2972   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874