Manaf Ağayev: "Kimsə özünü öldürmək istəyəndə məni aparırlar"

Manaf Ağayev: "Kimsə özünü öldürmək istəyəndə məni aparırlar"Bir qədər öncə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayev xilas edib.

BiG.AZ xəbər verir ki, müğənni hadisənin təfərrüatları barədə musavat.com-a danşıb: "Bir məkanda əyləşmişdim, birdən mənə zəng vurub bildirdilər ki, "Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, "Qaçkınkom"un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmirlər". Məndən xahiş edib dedilər "sən də füzulililərin bir ağsaqqalı kimi onu bəlkə fikrindən daşındıra bilərsən". Mən də hadisə yerinə getdim. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, onları qarnına soxurdu. Dedim ki, "məni qəbul edə bilərsən?" Yalvardım ki, "sənə söz verirəm, evini alıb, özünə qaytaracam". Mənə bildirmişdilər ki, 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər".

Müğənni bildirdi ki, intihara cəhd edən əlil idmançıya verdiyi sözə əməl edib: "Sənədlərini yerindəcə alıb, onun özünə qaytardım. Bu günə qədər bu cür olaylarla tez-tez rastlaşıram. Hərdən füzulililərdən kimsə özünü öldürmək və ya atmaq istəyəndə onu fikrindən daşındırmağa məni aparırlar. Füzuli camaatı da sağ olsun ki, mənim xahişimi yerə salmır".

Qeyd edək ki, bu gün məcburi köçkün, gözdən əlil idmançı olan Natiq Hüseynov komitənin binasından özünü atmağa cəhd edib. O, mənzil problemi ilə əlaqədar sədrin qəbuluna gəldiyini, lakin məsələ həll olunmadığına görə canına qəsd etmək istədiyini bildirib, şüşələri qıraraq qollarını kəsib.

Manaf Ağayev: "Kimsə özünü öldürmək istəyəndə məni aparırlar"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3062   Tarix: 13 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 1717
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2615
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 333
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 282
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 2043
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1852
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 827
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 499
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

00:07 1365