Həbsdən azad edilən İlqar Məmmədovun xanımı danışdı: "Ona görə azadlığa çıxdı ki..."

Həbsdən azad edilən İlqar Məmmədovun xanımı danışdı: "Ona görə azadlığa çıxdı ki..."REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb. Məhkəmə onun cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.

BiG.AZ xəbər verir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib:

"İnanın ki, bu xəbərə çox çətinliklə inandım. İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər verdim. Qızım da donub qaldı və tez-tez soruşur ki, bu xəbər doğrudur. Hələ də deyir ki, bəlkə səhv xəbər veriblər. Qarmaqarışıq hisslərlə qarşıladıq.

Belə bir xəbərin bizi gözləyəcəyinə inanmırdıq. Onu da deyim ki, bu məhkəmə Avropa Məhkəməsinə görə oldu. Bu məhkəmənin qərarı var idi ki, proseslər səhv keçirilib. Qərarın ləğv olunması tələbi var idi. Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumunda qərarlar ləğv olundu və iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı. Bu məhkəmə də belə bir qərar verməli idi və doğru da qərarı verdi. Amma tam azad etmədilər. İlqarın il yarım cəzası qalıb, amma iki il şərti cəza veriblər. Bu, çox müəmmalı qərardır. Amma istənilən halda əsası odur ki azadlıqdadır".

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilmişdi. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum olunmuşdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2171   Tarix: 13 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 185
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 215
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 321
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 248
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 248
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 403
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 90
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 199
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 160