Ramaldan Niyama sərt sözlər: Mənə qiymət verəcək ən son adam sənsən - VİDEO

Ramaldan Niyama sərt sözlər: Mənə qiymət verəcək ən son adam sənsən - VİDEO"Bir el misalı var: "Hamıya it hürəndə, mənə də çaqqallar uluyar".

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov ötən gün onu döyməklə hədələyən Niyam Səlami haqda deyib. Həmkarını tənqid edən ifaçı onun haqqında sərt fikirlər səsləndirib:

"Mənim insanlığıma, sənətimə, xasiyyətimə qiymət verəcək ən son adam sənsən. Hələ ki, efirdən dərs keçəcək statusda deyilsən. Efir mədəniyyətini də səndən öyrənəcək adam deyiləm. Nəyə ixtiyarım, haqqım çatır, buna sən yox, mən qərar verirəm. Öncə haqqı öyrən, sonra kimin haqlı olduğunu öyrənərsən".

İfaçı Niyama aşbaz deməklə onu təhqir etmədiyini bildirib: "Efirdən birinə aşbaz demək təhqir yox, hərəni öz adı və peşəsi ilə çağırmaqdır. Müsahibəmdə dediklərimi təhqir hesab edirsənsə, buyur, ver məhkəməyə, amma efirdən təhdid eləmə. Unutma ki, efirdən deyilən hər bir təhdid cinayət işinin başlanması üçün sübutdur".

Ramal Niyama mahnı verməsi məsələsinə də toxunub: "Deyirsən ki, sənə mahnı vermişəm. Bəli, "Sənə haram əllər dəymiş" adlı mahnıdır. Elə o mahnı da sənə haram olsun. Sənə mahnını hədiyyə etmişəm, pulla satmamışam. Mahnı hədiyyə edən bəstəkarmı müğəniyə hörmət etməlidir, yoxsa, hədiyyə alan sənin kimi oxuyançılarmı pulsuz mahnı aldığı bəstəkara? Mədəniyyəti və tərbiyəsi olan kəs, əlbəttə ki, hədiyyə verən bəstəkara dəyər verməlidir. Yoxsa sənin kimi çıxıb efirdə şəklimi yerə tullayıb, səviyyəsiz müsahibəyə yol açacaq ifadələr işlətməzdi. Amma səni də qınamıram. Hər kəs öz səviyyəsinə görə danışa bilir, nə az, nə də çox".

Səlaminin "Ramal ağzına gələni danışır" sözlərinə isə sənətçi belə reaksiya verib: "Səndən fərqli olaraq, mən ağzıma gələni yox, ağlıma gələni danışıram. Bunu anlamaq üçün də gərək səndə ağıl ola. Bu gedişlə, çətin ki, dediklərimdən baş açasan. Mövlanənin gözəl sözü var: "Bir cümlə yetər sözdən anlayana, dastan yazsan təsir etməz sözdən anlamayana". Çox şükür, kiminsə qarşısında üz-üzə gələndə utanılacaq işim yoxdur. Nə işim varsa, səninkindən azdır ki, çox deyil. Hələ ki, sən o adam deyilsən üzünə baxmağa üzüm olmaya. Bəli, səndən fərqli olaraq, mən sadəcə mahnı ifa etmirəm, bəstəkaram, yemək bişirməyi də bilirəm, lazım olanda özüm öz stilistliyimi də edirəm. İndi sənin istedadsız olmağının günahkarı mənəm? Get, buynuzunu başqasının çomağına sürt. Cahil insan davul kimidir, səsi çox çıxır, amma içi boşdur. Boş adamlara deyəcək sözüm bu qədər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 13 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 560
.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. BİG.AZ -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının

10:14 341
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 205
.

Ermənistan xarici işlər nazirinin müavini yüksək rütbəli Qətər diplomatı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dohada Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qətər Dövlətinin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xulayfi ilə görüşüb. xəbər verir ki, görüş zamanı hər iki tərəf Ermənistan və Qətər arasında siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək üçün güclü qarşılıql

13:01 108
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

12:24 131
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 596
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 287
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 874