45 yaşına çatmayan azərbaycanlı məşhurlar - Əzrayılın "gənc dostları"

45 yaşına çatmayan azərbaycanlı məşhurlar - Əzrayılın "gənc dostları"Xəbər verdiyimiz kimi, məşhur rep ifaçısı Anar Nağılbaz vəfat edib. Ailə üzvlərinin bildirdiyinə görə, ifaçı qəflətən özünü pis hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.

44 yaşında dünyasını dəyişən Anar Nağılbaz 1974-ci il mart ayının 28-də Füzulidə anadan olub. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1990-cı ildə isə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

Qeyd edək ki, bu Azərbaycan mədəniyyətində ilk belə hadisə deyil. Bundan öncə də vaxtsız dünyasını dəyişən məşhurlarımız az olmayıb.

AZXEBER.COM 45 yaşına qədər dünyasını dəyişən məşhur ifaçılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Anar Nağılbazdan öncə daha bir populyar rep ifaçısı Hüseyn Dərya 38 yaşında yol qəzasında həlak olub. Xəzər rayonu ərazisində baş vermiş yol qəzasında Hüseyn Dəryanın idarə etdiyi minik avtomobili KaMAZ markalı maşına çırpılıb. Ağır xəsarətlər alan reper xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni Ulduz 2" yarışmasının qalibi Rəcəb Musayev daha gənc, 32 yaşında dünyasını dəyişib. Onun da ölüm səbəbi yol qəzası olub. Müğənni Kürdəxanı-Ləhic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb.

Tanınmış müğənni və aktyor Rüfət Mehdiyev 41 yaşında vəfat edib. Cəmiyyətdə daha çox ritmik mahnıların ifaçısı kimi tanınan müğənni insult səbəbindən dünyasını dəyişib.

Tanınmış müğənni Amid Cəfərov 31 yaşında vəfat edib. Onun da ölüm səbəbi yol qəzası olub. Hazırda bir oğul yadigarı qalıb. Sumqayıtda keçirilən əksər şadlıq məclisləri mərhum müğənniyə həvalə olunub. Sumqayıtda dəfn olunub.

Cəmiyyətdə "Müğənni Şəfa" kimi tanınan Şəfa Hüseynova 30 yaşında yol qəzasında həyatını itirib. Qısa bir zamanda çoxlarının sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.

Azərbaycanlı ssenarist və rejissor Şahin Zəkizadə 38 yaşında vəfat edib. Onun ölüm səbəbi xərçəng xəstəliyi olub. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşüb, 16 fevralda dünyasını dəyişib. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor, Azərbaycanın əməkdar artisti Ələkbər oğlu Hüseynov 45 yaşında vəfat edib. Qaraciyər problemindən dünyasını dəyişən aktyorun bir oğul, bir qız yadigarı qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2493   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 416
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 566
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 846
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 413
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 1627
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3205
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 277
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 536
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 378