Anar Nağılbaz ölümündən bir gün öncə nələr yazıb? - FOTO
Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir.
BiG.AZ musavat.com-a istinadən bildirir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar.
A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: "Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum".
Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb.
Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: "Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyn. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin".
Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər.
Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: "Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü".
Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.


BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə
17.09.2021 4785 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271