"Toppuş bacı"nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini yaradan səbəblər

"Toppuş bacı"nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini yaradan səbəblərƏməkdar aktrisa Tünzalə Əliyevanın adı tez-tez səhhəti və əməliyyatları ilə bağlı xəbərlərdə hallanırdı. İnsanlar onun artıq çəki ilə mübarizə apardığını bilirdi. Övladı üçün arıqlayıb, gələcəkdə daha sağlam yaşamaq naminə bu əməliyyatları etdirən aktrisanın dünən gözlənilməyən və arzu olunmaz bir xəstəlikdən əməliyyat olunduğu xəbərləri yayıldı.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, çox insanlar yanlış olaraq T. Ağayevada bu xəstəliyin mədə kiçiltmə əməliyyatı və pəhrizlər nəticəsində yarandığını güman edir.

Lakin uşaqlıq boynu xərçənginin yaranma səbəbi tamamilə başqa faktorlardan qaynaqlanır. Əslində "Toppuş bacı"nın üzləşdiyi problemlə dünyada hər il yüz minlərlə qadın üzləşir. Uşaqlıq boynu xərçəngi uşaqlıq yolu və boynunun selikli qişasında inkişaf edən bədxassəli törəmədir. Daha çox 35-50 yaşlı qadınlarda aşkarlanır.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri:

1-ci səbəb papilomma virusunun 16-18-ci tipinə yoluxmadır. Məhz bu virus qadının uşaqlıq boynu selikli qişasını zədələyir. Bu virus davamlı skrininqlərdə PUP TEST - Papanikolau testi vasitəsilə tez aşkarlana bilir. Əvvəllər bu xərçəng gec diaqnoz olunduğundan gənc qadınlar arasında ölüm faizini artırırdı. İndi isə uşaqlıq boynu xərçəngi erkən mərhələdə diaqnoz olunub, tam sağaldıla bilir.

2. Cinsi yolla ötürülən infeksiyalara məruz qalmaqdır

3. İntim gigiyenaya düzgün riayət etməmək

4. Çox zəif immunitet

5. Uşaqlıq boynunun xroniki iltihabi proseslərinin olması və bunun vaxtında müalicə olunmaması: displaziya, eroziya və s.

6. Qadının hər hansı yolla papilomma virusuna yoluxması. Bu virusun 100 tipi var. Amma məhz 16-18-ci tipi uşaqlıq boynu xərçəngi yaradır.

Maraqlısı odur ki, papolomma virusunun bu tipləri kişidən də qadına ötürülə bilər. Amma kişilərdə bu virus xərçəng yaratmır.

Xəstəliyin simptomları:

-Menstrual tskildən əlavə müxtəlif qanlı axıntılar, qanaxma

-Qarının aşağısı və qasıqda ağrılar

-Çətin sidiyə getmə

-Aşağı çanaqda ağırlıq

-Cinsi əlaqə zamanı ağrılar

-Xarici cinsi üzvlərin şişməsi, böyüməsi, deformasiyası

-Ayaqların şişkinliyi

-Limfa düyünlərinin şişməsi

-Qəbizlik

-Ümumi zəiflik, iştahsızlıq, yüksək hərarət, başgicəllənmə, çəki itkisi və s.

Diaqnostikası:

Avropa və yaxın Türkiyədə artıq dövlət səhiyyə proqramları çərçivəsində 30 yaşından sonra bütün qadınlar ildə bir dəfə skrininqdən keçirilir, papilomma virusunun olub-olmaması PAP testlərlə aydınlaşdırılır.

Həmçinin ginekoloji müayinələr aparılır. Əgər dəyişiklik, təhlükə varsa, qadın ciddi nəzarət altına götürülür.

Ginekoloji müayinələr uşaqlıq boynu xərçənginə şübhə yaradırsa, biopsiya götürülür. Daha sonra aşağı çanaq orqanlarının MRT, KT müayinəsi aparılır.

Müalicəsi:

Xərçəngin tipi, mərhələsindən və xəstənin fərdi vəziyyətinə görə müalicə seçilir: ən yaxşı metod cərrahi yoldur. Daha sonra kimyaterapiya, şüa terapiyası, dərman müalicəsi təyin edilir.

I-II dərəcədə pasiyentin sağalması 80-90%-dir.

Papilomma virsuna qarşı peyvəndlər - bütün dünyada olunur, bizdə isə...

Avropa, Türkiyə və qonşu Rusiyada uşaqlıq boynu xərçəngini yaradan papilomma virusunun təhlükəli tiplərinə qarşı xüsusi peyvənd - vaksin tətbiq olunur.
Bu vaksin qız uşaqlarına ilk cinsi əlaqəyə kimi vurulmalıdır. Çünki cinsi əlaqə ilə yoluxan papilloma virusunun qarşısını almaq yalnız bu yolla mümkündür.
Amma gənc yaşda peyvənd olunmayan qadınlar əvvəlcə testlərdən, müayinələrdən keçib, hələ virusa yoluxmayıbsa, o zaman bu peyvəndi etdirə bilər.

Bunun üçün peşəkar ginekoloqla məsləhətləşib, özəl klinikaların hansında bu peyvəndin olunduğunu öyrənərək müraciət edə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4126   Tarix: 04 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 662
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 800
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1118
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 767
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 861
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1159
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 349
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 961
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 935