Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisə

Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisəGoranboyda ana dərsini oxumayan 7 yaşlı qızını boğub öldürdü

Hadisəni törədən qadın 9 il əvvəl 4 aylıq körpəsini də suda boğub

Goranboyun Balakürd kəndində dəhşətli qətl baş verib. Kənd sakini, 40 yaşlı Pərvanə Kərimova birinci sinifdə oxuyan qızı Nüranə Quliyevanı boğaraq öldürüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisəyə məktəblinin dərslərinə yaxşı hazırlaşmamasının səbəb olduğu bildirilir. Ana övladını döydükdən sonra boğaraq öldürüb.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın Qarabağ bürosuna bildirilib ki, P. Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub.

O, növbəti dəfə övladını öldürdükdən sonra ağır stress vəziyyətində Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisəGədəbəydə 20 yaşlı oğlan özünü asdı

Aprelin 12-də Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Çalburun kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəfərqulu Dəmir oğlu özünü kəndin yaxınlığında Godulu yaylağındakı meşəlikdə ağacdan asıb. Məlumata görə, 20 yaşlı C.Quliyev ruhi xəstə imiş və Gəncədə yerləşən Ruhi-Əsəb Dispanserində qeydiyyatda olub. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisəYeni ailə qurmuş qız intihar edib

Aprelin 12-də Bərdə şəhərində intihar hadisəsi baş verib.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Füzuli küçəsi, ev 109 ünvanında orada yaşayan 1985-ci il təvəllüdlü Hacıyeva Günel Cabbar qızı özünü asıb.

Məlumata görə, 27 yaşlı G.Hacıyeva yeni ailə həyatı qurubmuş. Faktla əlaqədar cinayət işi başlanılıb.

Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisəXaçmazda 19 yaşlı gənc xəncərlə qohumunu öldürdü

Hadisə ailədaxili münaqişə zəmnində baş verib

Ötən gün Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Xaçmaz rayon Ağarəhimoba kənd sakini, 1993-cü il təvəllüdlü Kənan Telman oğlu Musayev Xaçmaz rayon Qımılqışlaq kənd sakini 1988-ci il təvəllüdlü Nail Nəriman oğlu Heydərovu qətlə yetirib.
Məlumata görə, hadisə ailədaxili münaqişə zəmnində baş verib. Belə ki, Kənan Musayev Nail Heydərovun həyat yoldaşının qohumu olub. Onlar arasında mübahisə düşüb. Kənan Musayev evdən götürdüyü xəncərlə Nail Heydərova 5 zərbə vurub və onu qətlə yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Azərbaycanda 4 ölümlə nəticələnən kriminal hadisəBakıda 22 yaşlı gənc damarlarını doğradı

İntihar qız üstündə baş verib

Bakının Suraxanı rayonunda tələbə oğlan qız üstündə özünə qəsd edib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, ötən gecə rayonun Hövsan qəsəbəsində yaşayan 22 yaşlı Bakı şəhər sakini Müşfiq Ramazanov vena damarlarını kəsərək intihar edib.

Suraxanı rayon Prokurorluğundan Anspress-in bildirilib ki, mərhum Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi idi. O, özünü sevdiyi qızla evliliyinin baş tutmaması səbəbindən öldürüb. Sevdiyi qıza dəfələrlə evlilik təklifi etsə də, rədd cavabı alıb və ötən gecə özünə qəsd edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlnıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7015   Tarix: 13 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"

Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş

18.12.2025 230
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

18.12.2025 195
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

18.12.2025 256
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18.12.2025 366
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Balaəlinin ikinci övladı oldu

Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var

18.12.2025 420
.

TOP MP3