Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?

Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?Azərbaycanda benzinin qiymətinin qaldırılacağı ilə bağlı məlumatlar var.

Sentyabr ayından "Aİ-92" markalı benzinin qiyməti 90 qəpikdən 1 manata qaldırılacaq.

"Aİ-95" premium markalı benzinin qiymətinin 1,25 AZN-dən, 1,35 AZN-ə qədər qaldırılacağı barədə xəbərlər var. Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətinə sonuncu dəfə 2015-ci ildə baxılıb. Həmin vaxt qeyd edilən markalı benzinin dəyəri 90 qəpiyə qaldırılıb. "Aİ-95" premium markalı benzinin qiymətinə isə ötən ilin noyabr ayında baxılıb və qiymət 1,25 AZN müəyyən edilib.

Qiymət artımı əsasən iqtisadi səbəblərlə və əsaslarla həyata keçirilir. Bəs, Azərbaycanda benzinin qiymətinin qaldırılmasına hər hansı iqtisadi əsas varmı? İqtisadçılar benzinin qiymətinə yenidən baxılması barədə müxtəlif fikirlər səsləndirirlər.

İqtisadçı Samir Əliyevin fikirincə, qiymətlərin artırılacağı ilə bağlı ehtimallar realdır. S.Əliyev Missiya.Az-a açıqlamasında yanacağın qiymətinin qaldırılacağı barədə fikirlərini belə izah edib: "Bilirsiniz ki, Azərbaycanda benzinin qiyməti hökumət tərəfindən tənzimlənir. Bu səbəbdən artımın nə vaxt və nə qədər olacağını demək çətindir. Amma mən düşünürəm ki, yanacaq qiymətlərinin qaldırılması ilə bağlı ehtimallar realdır. Çünki "Aİ-95" markalı benzin xaricdən idxal olunur. Hökumət "Aİ-95" markalı benzinin qiymətinin qalxmaması üçün müəyyən vergi və gömrük güzəştləri tətbiq edir. Benzinin qiymətinin qaldırılmasın səbəblərdən biri bu ola bilər".

S.Əliyevin sözlərinə görə, Azərbaycanda baş verən iki devalvasiyadan sonra benzinin qiyməti cüzi qaldırılıb: "Manat dəyər itirdiyi üçün xaricdən gətirilən məhsullarda bahalaşma baş verib. Amma bu benzinin qiymətində o qədər də hiss olunmayıb".

İqtisadçı benzin qiymətlərinin qaldırılmasına dünya bazarında "qara qızıl"ın dəyərinin artmasının səbəb ola biləcəyini deyib: "Dünya bazarında neftin qiyməti 120-130 dollar olanda, benizini qaldırırlar ki, "qara qızıl" bahalaşıb. Amma neftin qiyməti aşağı düşəndə, benzinin ucuzlaşmasını müşahidə etmirik. Məsələn, bir neçə il əvvəl neftin qiyməti 30 dollara düşmüşdü. Neft ucuzlaşsa da, benzinin qiyməti endirilmədi. İndi isə dünya bazarında neftin qiyməti 70 dollardan yuxarıdır. Belə olan halda benzin qiymətlərinin qaldırılacağını da ehtimal etmək olar. Qiymətlərin qaldırılmasına benzinin xaricdən idxal olunması, kompanetlərin bahalığı və neftin bahalaşması səbəb kimi göstərilə bilər".

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, iqtisadçı Elnur Soltanov isə fərqli düşünür. Missiya.Az-a açıqlama verən iqtisadçı bildirib ki, yanacaq qiymətlərinin qaldırılması üçün iqtisadi əsas yoxdur: "Biraz keçmişə nəzər salaq. Azərbaycanda hökumətdə kimlərin olmasından aslı olmayaraq, 2 devalvasiyanın olması labüd idi. Devalvasiyanın baş verəmsinə səbəb olacaq dərin iqtisadi əsasların mövcuduğu göz qabağında idi. Manatın dollara nisbətən ucuzlaşması qaçılmaz idi. Amma hazırda benzinin qiymətinin qaldırılması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Deyə bilmərik ki, şərtlər bunu diqtə edir. Azərbaycanın daxili və xarici iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır. Neftin qiyməti kifayət qədər yüksəkdir. Həmçinin, Azərbaycanda böyük yatırımlar da dayandırılıb. Məsələn, Bakı-Tiflis-Qars, TANAP, "Şahdəniz" kimi beynəlxalq layihələr artıq işə salınıb. Ona görə də Azərbaycanın ciddi şəkildə xarici borclanmaya getməsinə ehtiyac yoxdur. Bütün bu səbəbləri əsas tutaraq, benzinin qiymətinin qaldırılacağını düşünmürəm".

Qeyd edək ki, Azərbaycan benzinləri digər xarici ölkələrə nisbətən çox aşağıdır.

Benzinin ən baha qiymətə satıldığı ölkələri təqdim edirik:

Honkonqda (2,09 dollar)

Norveçdə (2,02 dollar)

Niderland(1,93 dollar)

Yunanıstan (1,91 dollar)

İtaliya (1,91 dollar)

Danimarka (1,90 dollar)

İsrail (1,86 dollar)

Portuqaliya (1,83 dollar)

Finlandiya (1,79 dollar)

Fransa (1,78 dollar)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3908   Tarix: 02 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranın pisliyi özünə qalacaq!

xəbər verir ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı. Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısını

21:30 0
.

Sabah Bakıda hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal

14:58 143
.

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"

15:47 164
.

Xanım deputatlar saçyolduya çıxdılar - Video

Meksika paytaxtının şəhər Konqressində xanım deputatalra arasında dava düşüb. "Yeni Sabah" xəbə verir ki, qarşıdurma Mexiko şəhərinin şəffaflıq agentliyinin ləğvi və onun yerinə yeni nəzarət orqanının yaradılması təklifinin müzakirəsi zamanı yaranıb. Tribuna qarşında deputatlar münasibətlərin

20:30 1
.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər

12:45 266
.

ABŞ-da Yeni il gecəsi bombalı hücum planı: 4 nəfər saxlanılıb

ABŞ Ədliyyə Nazirliyi Yeni il gecəsi ABŞ-da yerləşən iki şirkətə qarşı bombalı hücumlar planlaşdırmaqda şübhəli bilinən dörd nəfərin saxlanıldığını açıqlayıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, bəyanatda deyilir ki, Kaliforniyanın Los-Anceles şəhərində şübhəlilər İmmiqrasiya və Gömrük Mühafizəs

15:00 142
.

Valideyn razılığı olmadan övladlığa götürmə hansı hallarda icra edilir?

"Övladlığa götürmə yalnız yetkinlik yaşına çatmayan uşaqlar barəsində və onların mənafeyi naminə, uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra həyata keçirilir. Proses üç mərhələdən ibarətdir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürməni

15:51 136
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

11:56 230
.

Süni intellekt heç bir sirr saxlamır: Ona deməməli olduğunuz şeylər

Süni intellekt sirləri saxlamır. Çat-botlara heç vaxt daxil edilməməli məlumatlar. xarici mediaya istinadla əsas məqamları təqdim edir. Çat-botlara "ictimai açıqca" kimi yanaşmaq lazımdır və məlumat sızmasının qarşısını almaq üçün kart nömrələri, ünvanlar və digər həssas məlumatlar heç vax

18:15 1
.

TOP MP3