Ermənistanda "Azərbaycan kinosu" qalmaqalı (FOTO, VİDEO)

Ermənistanda bu gün- aprelin 12-də başlaması nəzərdə tutulan "STOP-Azərbaycan filmləri festivalı" böyük qalmaqalla müşayiət olunur.

BiG.AZ-ın verdiyi xəbərə görə, istər Ermənistanın rəsmi şəxsləri, istərsə də televiziya və yazılı media festivalın təşkilatçılarının ünvanına kəskin ittihamlarla çıxışlar edirlər.

Qeyd edək ki, Gümrü şəhərində keçirilməsi nəzərdə tutulan festivalın təşkilatçısı "Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi"dir.

Festival çərçivəsində ın bu gün Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılırdı. Səsvermə nəticəsində filmlərdən biri "Tamaşaçı simpatiyası" nominasiyası üzrə qalib elan olunmalıydı. Filmlər erməni dilinə tərcümə olunub. Festivala Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirlikləri dəstək verir.

Xatırladaq ki, mərkəz 2010-cu ilin noyabrında İrəvanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmamışdı.

"ONLARIN QANINDA DÜŞMƏN QANI AXIR"

Dünən isə Gümrü şəhərində festival əleyhinə "Azərbaycan kinolarına yox" şüarı ilə etiraz aksiyası keçirilib.

Aksiyanın təşəbbüskarı Gümrüdə 34 nömrəli mojaritar seçki dairəsindən öz namizədliyini irəli sürən "Şirak" futbol klubunun sahibi Arman Saakyandır.

Aksiyaya Gümrü şəhərinin meri Vardan Qukasyan da çıxış edib. O, festivalın təşkilatçılarını kəskin tənqid edib: "İnanmıram ki, onlar erməni xalqındandır, onların qanında düşmən qanı axır. Belə insanlara Gümrüdə yer olmamalıdır".

Aksiyanın gedişində festivalın keçiriləcəyi "Asparez" klubun qarşısında festival vaxtı piket keçirmək və binaya festival iştirakçılarının daxil olmasına qadağa qoymaq qərara alınıb.

Festival bu gün, aprelin 12-si saat 11.00-da başlamalı idi.

TƏŞKİLATÇILARI TERRORLA HƏDƏLƏYİRLƏR

Festivalın təşkilatçısı olan "Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi"nin rəhbəri Georgi Vanyan məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

""STOP" Azərbaycan filmləri festivalı əleyhinə növbəti böhtan kampaniyası başlayıb. KİV-də və aprelin 11-də
Gümrüdə keçirilən kütləvi aksiyada festivalın məqsədi və onun proqramına daxil olan filmlər barədə yalan informasiyalar yayılıb.

Dövlət adamları və ictimai xadimlər tərəfindən qanunun pozulması bahasına belə, festivalın keçirilməsinə yol verməmək kimi birbaşa hədələr səsləndirilib. Onların çıxışları festival təşkilatlatçılarına, orada iştirak edəcək şəxslərə və tədbirin keçirilməsi üçün yer ayıran quruma – "Asparez" Jurnalistlər Klubuna qarşı zorakı aktlara çağırış məzmunu daşıyıb.

Erməni KİV-lərindəki Azərbaycan Filmləri Festivalına etiraz olaraq keçirilən mitinqdən hazırlanan videomateriallara və reportajlara əsaslanaraq və şahidlərin sözlərini nəzərə alaraq, bəyan edirik ki, festival ətrafında süni gərginliyin yaradılması, aprelin 12-ə planlaşdırılan tədbirin təşkilatçılarına və iştirakçılarına qarşı mümkün təxribatlar və zorakılıq hallarına görə məsuliyyət birbaşa, terror təbilağtı kampaniyasına rəhbərlik edən Gümrü şəhərinin meri Vardan Qukasyanın üzərinə düşür".

Ermənistanda Ermənistanda Ermənistanda Ermənistanda Ermənistanda Ermənistanda Ermənistanda Ermənistanda


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6279   Tarix: 12 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 804
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 329
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 559
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 523
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 431
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 431
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 293
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 232
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 500