"Müğənnilər üçün 10 qəpik pul deyil..." - Şou-biznes əhli gediş haqqının artmasından danışdı

"Müğənnilər üçün 10 qəpik pul deyil..." - Şou-biznes əhli gediş haqqının artmasından danışdıXəbər verdiyimiz kimi, Tarif Şurasının ötən gün verdiyi qərara əsasən, cari ilin 1 avqust tarixindən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

BiG.AZ baku.ws-ə istinadən xəbər verir ki, sözügedən qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı sənət nümayəndələrinin fikirlərini də öyrənməyə çalışdıq.

Müğənni Elariz Məmmədoğlu: "Xəbərim yoxdur, başım qarışıb toylara".

Prodüser, aparıcı Tarix Əliyev: "Bilirsiniz ki, mən şou adamıyam, amma bu məsələyə vətəndaş kimi münasibət bildirmək istəyirəm. Belə baxanda, çoxları düşünə bilər ki, 10 qəpik elə də böyük pul deyil, amma ictimai nəqliyyatdan tez-tez istifadə edən vətəndaşların büdcəsinə mənfi təsir edir. Düşürəm ki, əgər gediş haqqı qalxıbsa, xüsusilə metropoliten rəhbərliyi yeni qatarların sayını artırsın, qatarlardakı təhlükəsizliyi daha da gücləndirsin. İndi zamanda kim kimi istəyir döyür, təhqir edir. Heç kəs məcbur deyil ki, əlində kamera gəzib baş verənləri çəksin. İlk növbədə səxlıq aradan qaldırılmalıdır, mühafizə gücləndirilmiş iş rejimində çalışmalıdır ki, xoşagəlməz hallar yaşanmasın. Avtobuslar sürücüləri də gərək sərnişinlərlə nəzakətli davransınlar, basabas yaratmamaq üçün dayanacaqdan kənar saxlamasınlar və s. Müğənnilər, məşhurlar üçün 10 qəpik pul olmaya bilər, amma adi camaatın büddəcəsinə istər-istəməz təsir edir. Ona görə də qiyməti qaldıranda, çalışsınlar, aldıqları pulun müqabilində xalqa xidmət göstərsinlər".

Müğənni Bahar Lətifqızı: "Düzünü deyim, xəbərim yox idi. Hərdən evdə soruşuram ki, çörək neçə qəpik olub. Çox istərdim ki, aztəminatlı şəxslərin elə bir kartı olsun ki, onu göstərib ictimai nəqliyyatdan ödənişsiz istifadə etsinlər".

Əməkdar artist Cavanşir Məmmədov: "Mən bu haqda fikir bildirə bilmərəm. Çalıb-oxumaqdan soruşsaydınız, ətraflı danışardım. Şübhəsiz ki, dövlətimiz bu qərarı qəbul etməmişdən öncə yüz ölçüb, bir biçib. Bütün qəbul edilən qərarlar dövlətimizin, ordumuzun inkişafı naminədir. Biz kimik ki, bunları müzakirə edək. Bəzi sənət adamları bu tip mövzulara münasibət bildirməkdənsə, heç olmasa düzgün oxumağı öyrənsələr, bayağılıqdan uzaq olsalar bəs edər".

Rəqqasə Fatimə Fətəliyeva, müğənni Nazənin Salayeva, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva isə sualımıza cavab vermək istəmədilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2677   Tarix: 31 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104