Azərbaycanda icra başçısı əsgər anasının evini sökdürüb yerində şadlıq sarayı tikdirir? - Açıqlama

Azərbaycanda icra başçısı əsgər anasının evini sökdürüb yerində şadlıq sarayı tikdirir? - AçıqlamaZərdab rayon sakini 58 yaşlı Kisələn Süleymanova redaksiyamıza müraciət edərək onu əşyaları ilə birlikdə qanunsuz evindən çıxarıldığını bildirib.

Kisələn Süleymanova BiG.AZ-a açıqlamasında bildirib ki, icra başçısı xanımın evini sökdürüb yerində şadlıq sarayı tikdirmək istəyir:

"34 ildir ki bu evdə yaşayıram. Hazırda bütün əşyalarım çölə tökülüb. Evin qapıları və şüşələri sındırılıb. Bir neçə gündür ki, çöldə yaşayıram. Evimi sökmək istəyən Zərdab rayon icra başçısı Lütvəli Babayevdir. Oğlum hazırda cəbhə bölgəsində xidmət çəkir. Hərbiçidir. Mənimlə heç kim maraqlanmır. Nə gələn var, nə də gedən. Oğlum da işinə görə gələ bilmir. Hərbiçinin anasını çölə töküblər. Bir oğlu 20 yaşında dünyasını dəyişib. Düzdür, əlimdə məni müdafiə edən tutarlı sənəd yoxdur, amma bir rayonun icra başçısının bu cür addım atmağı doğru deyil. Ən azı xəbərdarlıq etməlidir. Elə bil qəsdimə durublar. Avqustun 15-də məhkəmə olmalı idi. Heç məhkəməni belə gözləmədən məni küçəyə atdılar. İcra başçısı Zərdab Rayon Məhkəməsində işləyən bir hakimlə mənə söz göndərir. Lütfəli Babayev ona təzyiq gəlməsin deyə başqalarının adından istifadə edir. İcra başıçısının göndərdiyi həmin şəxsin adı Aqil Nurəliyevdir. Onun da oğlu məhkəmədə işləyir. Özü pensiyadadır. Başsız qadınam. 34 illik əməyimi yerə vurublar. Evdən çıxmaq istəmirəm. Çünki bir oğlum bu evdə rəhmətə gedib. Bir çox yerlərə müraciət etsəm də, baxan olmayıb. Mən kasıb birisiyəm. Mübarizə apardığım isə rayon icra başçısıdır. Əgər vicdanlı bir insan olsaydı ən azından evdən çıxmağıma vaxt verərdi. 34 ildir bu evdə yaşayıram. Əlimdə ancaq yaşamaq üçün verilən icazə kağızı var. O icazəni mənə verən şəxs də dünyasını dəyişib. Həmin kağız da məndədir. Özəlləşdirmə də məndən xəbərsiz olub. Ən azından bu özəlləşmə olanda mənə də bir xəbərdarlıq edilməli idi. Bir dəfə də belə bir hal olmuşdu. Bununla 3-cü dəfədir ki, məni küçəyə atırlar".

Zərdab rayon icra baçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova bildirib ki, bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur: "Səsləndirilən iddialar yalandır. Uzun illərdir ki, o xanımın məhkəmədə işləyən biri ilə problemi var. Niyə icra başçısının adını hallandırır bilmirəm. Çünki bizə aidiyyatı olmayan bir məsələdir. İddialar əsasızdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2844   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159