700 bal toplayan ağcabədili gənc: "Onlara təşəkkürümü bildirirəm"

700 bal toplayan ağcabədili gənc: "Onlara təşəkkürümü bildirirəm"3-cü ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Əzim Əzizlidir. Ağcabədi rayon məzunu olan Əzim imtahanda bütün suallara doğru cavab yazmaqla 700 bal toplayıb. Onun bu uğuru nəinki ailəsində, eləcə də təhsil aldığı məktəbdə, Ağcabədi rayonunda böyük sevinclə qarşılanıb.

BG.AZ bildirir ki, Əzim Əzizli Report-un müxbiri ilə söhbətində bildirib ki, məktəbdə yaxşı oxusa da, son üç ildə hazırlıq kursuna gedib. Sınaq imtahanlarında həmişə 600-dan yuxarı bal toplayıb. Hədəfi isə 700 bal toplamaq olub: "Bu nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. İmtahanda 700 bal yığmağı çox istəyirdim. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Valideynlərimin və müəllimlərim dəstəyi hər zaman üzərimdə olub. Onlara təşəkkürümü bildirirəm".

Əzim Əzizli bildirib ki, bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olub. İndi isə istəyi Bakı Dövlət universitetinin Hüquq fakültəsi üzrə təhsil almaqdir.

Əzimin müəllimi Ağabala Sariyev onun əzmkar və çalışqan şagird olduğunu deyib: "Ən nümunəvi şagirdlərimizdən olan Əzim verdiyimiz tapşırıqları hər zaman yerinə yetirib, nizam-intizamı, çalışqanlığı, əzmkarlığı ilə seçilib. Ümidlərimizi doğrultduğu üçün Əzimə minnətdarlığımı bildirirəm".

Əzim ailənin iki övladından biridir. 9-cu sinifdə təhsil alan balaca qardaşı da onun yolunu davam etdirəcəyini bildirir.

Əzimin atası Sevindik müəllim də oğlunun imtahanlarda yüksək bal yığacağına əmin olduğunu deyib: "Əzim orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 29 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

07.05.2024 893
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

07.05.2024 563
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 191
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

07.05.2024 137
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

07.05.2024 235
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

07.05.2024 926
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 114