ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldı

ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldıABŞ İran auditoriyası üçün fars dilində gecə-gündüz rejimində telekanalın yayımına başlayır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

"Yayım İdarəetmə Şurası internet senzuranı keçməkdə İran xalqına kömək etmək üçün yeni addımlara təşəbbüs edir. Şura fars dilində fasiləsiz teleyayıma başlayır. Bu, yalnız televiziya olmayacaq, həm də radio və sosial media formatında olacaq", - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında bildirib.
Onun sözlərinə görə, beləliklə, sadə iranlılar həm İranda, həm də bütün dünyada Amerikanın onlarla birlikdə olduğunu biləcəklər.

"İranlılar 40 il boyunca öz liderlərindən eşidirlər ki, ABŞ "böyük iblisdir". Biz ona inanmırıq ki, iranlılar hələ də "feyk" xəbərlərə (yalan xəbərlər – red.) qulaq asmaq istəyirlər", - dövlət katibi əlavə edib.

Qeyd edək ki, Pompeonun nitqi İran İslam İnqilabının qarşıdakı 40-cı ildönümünə uyğunlaşdırılmışdı.

Əlavə edək ki, Yayım İdarəetmə Şurası (BBG) ABŞ Dövlət Departamentinin nəzarətində olan təşkilatdır. Şura "Azadlıq" radiosu və "Amerikanın Səsi" radioları da daxil olmaqla, demək olar ki, KİV-in böyük əksəriyyətini idarə edir.

Vaşinqtonda rəsmən bildirirlər ki, İranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində deyillər, amma ümid edirlər ki, ölkə hakimiyyəti və İran xalqı "düzgün seçim" edəcək. ABŞ 2017-ci ilin sonu-2018-ci ilin əvvəllərində İranda etiraz aksiyalarını dəstəkləməklə əslində hakimiyyət dəyişikliyini istədiyini göstərmiş oldu.

Ağ Ev məlumatında deyilirdi ki, Birləşmiş Ştatlar İran xalqının dinc şəkildə öz fikrini ifadə etmək hüququnu dəstəkləyir: "Xalqın səsi eşidilməlidir".
Həmçinin, ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsində İranda keçirilən aksiyalara dəstəyini ifadə etmişdi.

İran ətrafında baş verən son hadisələr onun rəqiblərinin İran İslam İnqilabının 40-cı ildönümündə Tehrandakı hakimiyyət üçün xoşagəlməz sürpriz hazırladığını göstərir.

İsrailin baş naziri Benyamin Netanyahunun iyun ayında İranda sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları və qaydaları fars dilində internetə çıxaracağına söz verməsi də ümumi prosesin tərkib hissəsi kimi düşünülə bilər. Baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək.

"İsrail İranda ekoloji faciənin qarşısını almağın yolunu bilir. Mən bunu İran xalqı ilə bölüşmək istəyirəm. Biz yağış sularının yenidən emal olunması, məhsulun xilası və ailələrin yedizdirilməsi barədə təlimatları internetdə yerləşdirəcəyik", - Netanyahu deyib.

Baş nazir İranda səsləndirilən "İsrailə ölüm!" şüarlarını xatırladıb: "İran rejimi qışqırır: "İsrailə ölüm". İsrail isə cavabında qışqırır: "İran xalqının həyatı. Ləyaqətli İran xalqı amansız rejimə qarşı tək durmamalıdır. Biz sizinləyik".

Netanyahu bundan bir neçə gün əvvəl isə etdiyi videomüraciətində İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyinə ümid etdiyini bildirmişdi.

İyun ayında iranlıların əvvəlcə milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar, daha sonra isə içməli sularda çirklilik və su çatışmazlığına etiraz etmək üçün meydanları doldurması da siyasi mütəxəssislər tərəfindən təsadüfi qarşılanmadı.

Görünür, iyul ayının əvvəlində ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan "Xalqın Mücahidləri Təşkilatı"nın toplantısına qatılması da təsadüf deyildi. Culiani toplantıda çıxışı zamanı İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

O, İrana qarşı sanksiyaların artacağını bildirib.

"İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm", - vəkili deyib.

Bir vaxtlar ABŞ və Avropanın "terror siyahısı"na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu "İran Mücahidləri Təşkilatı"nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.
ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib.

Xatırladaq ki, Donald Tramp mayın 8-də 2015-ci ildə imzalanan Birgə hərtərəfli iş Planından Vaşinqtonun çıxdığını elan edib. Sənəd ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvinə əvəz olaraq Tehranın nüvə proqramını məhdudlaşdırırdı.

Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı ölçüləri daxil etməyə söz verib. İranın energetika sektoruna toxunan sanksiyalar noyabrın 4-də yenilənəcək. Mayk Pompeonun sözlərinə görə, Vaşinqton İran neftinin idxalını sıfra qədər yaxınlaşdırmaq üçün bir sıra ölkələrlə işləyir.

"Bu təzyiqlərin mərkəzində İranın bank və energetika sektoruna qarşı sanksiyaların yenilənməsi dayanır. Biz son bir neçə həftədir ki, İran neftini idxal edən ölkələrlə işləyirik. Hədəfimiz noyabrın 4-nə kimi idxalı sıfıra qədər azaltmaqdır", - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında deyib.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək. ABŞ-ın planı düşünüldüyü kimi işləyərsə, əminliklə demək olar ki, cənub qonşumuzu olduqca çətin il gözləyir. İslam inqilabın 40-cı ildönümü İran üçün yeni bir tarixin başlanğıcı ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1365   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 145
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 147
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135