Bakıda dəhşətli qəza törədən sürücü HƏBSƏ ATILDI

Bakıda dəhşətli qəza törədən sürücü HƏBSƏ ATILDIBakıda 1 nəfərin ölümü, 10 nəfərin isə yaralanmasına səbəb olan sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

İyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, iyulun 12-də saat 8 radələrində Əliyev Rövşən İsa oğlu "Mersedes Benz" markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi "Deltabus" markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölmüş, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1344   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

18:10 68
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 497
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 89
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 327
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 313
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 371
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 366
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 257
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 181