Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
Dağıstanda şənbə günü baş verən yol qəzasında xəsarət alan 10 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır.

BiG.AZ trend-ə istinadən bildirir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, hazırda xəstəxanalarda 5 nəfər müalicə alır. Qalan 5 nəfər isə ambulator müayinəyə göndərilib.

Qəzada həlak olanlara gəldikdə isə, onlar sürücü və minik avtomobilinin sərnişinidir.

Qeyd edək ki, Mercedes Sprinter mikroavtobusu ilə VAZ-2114 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə İzberbaş şəhəri yaxınlığında, "Qafqaz" avtoyolunda baş verib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 725 Tarix: 21.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər