"Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir" - Deputat

"Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir" - Deputat"Ölkədə baş verən son olaylar göstərdi ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr mövcuddur, ölkəmizin, dövlətimizin bütövlüyü və müstəqil siyasətinə qarşı ciddi təhdidlər var".

BiG.AZ xəbər verir ki, sözləri modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, istər Gəncədə, istərsə də Sumqayıtda baş verən hadisələr təsadüfi deyil: "Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olur, ölkəmizin təşəbbüsü və iştirakı ilə bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə enerji layihələri, TAP, TANAP layihələri bir sıra qonşu dövlətləri qıcıqlandırır. Hesab edirəm ki, istər Gəncədəki, Sumqayıtdakı hadisələr, istərsə də Mingəçevirdə baş verənlər eyni mərkəzdən idarə olunurdu. Hər halda, DTX, hüquq-mühafizə orqanları məsələni araşdırırlar və hadisələrin əsl mahiyyəti də, günahkarları da üzə çıxacaq. Ancaq bir xalq olaraq bizim üçün ən önəmlisi dövlətimizin təhlükəsizliyi və müstəqilliyidir".

V.Əhmədov qeyd edib ki, belə məqamlarda cəmiyyətin yetkinliyi, müasirliyi, məlumatlılığı, dünyada gedən prosesləri daha aydın anlaması və dövlətə dəstəyi çox vacibdir:

"Cəmiyyətin yanaşması da birdən-birə formalaşmır. Burada təhsil müəssisələrinin rolunu qeyd etməliyik. Hesab edirəm ki, Gəncə hadisələrindən, ümumilikdə gənclər arasında müxtəlif məzhəblərə meyilliliyin formalaşmasında müəyyən məsuliyyət də təhsilin üzərindədir. Müasir ədəbiyyatları, elmi yenilikləri izləyən, xarici dilləri yüksək səviyyədə mənimsəyən, novator, intellektual gənclik cəmiyyətdə, xüsusilə belə hadisələrdə sabitləşdirici rol oynayır. Təhsilimiz ölkənin, dünyanın inkişafına adekvat inkişaf etməlidir. Doğrudur, bu sahədə də müəyyən islahatlar həyata keçirilir, dəyişikliklər var, məsələn, son dövrlərdə BANM, ADA, UNEC ölkədə təhsilin inkişafına təkan verən dəyişikliklər həyata keçirir. Bu sıraya Qərbi Kaspi Universitetini də əlavə etmək olar. Hələ 90-cı illərdə Nazirlər Sovetində çalışanda bu universitetin yaxşı sorağı gəlirdi. İndi bu universitetdə də keyfiyyətli təhsilin təşkili ilə bağlı xəbərlərə çox tez-tez rast gəlirəm və bu, məni çox sevindirir. Bu cür müasir, keyfiyyətli təhsil verərək intellektual, iş yeri axtaran yox, iş yeri yaradan, tərəqqipərvər gəncliyi formalaşdıran təhsil ocaqları ümumilikdə həm ölkə təhsilinə, iqtisadiyyatına, həm də cəmiyyətimizə fayda verir. Yaxşı təhsil alan gənclik yaxşı cəmiyyəti formalaşdırır. Bu cür təhsil ocaqlarının sayı artmalıdır. Yalnız bu halda müasir, intellektual gəncliyin dominantlıq etdiyi cəmiyyətdə yaşaya bilərik. Adını çəkdiyim və çəkmədiyim yaxşı universitetlərin məzunları, şübhəsiz ki, bu cür hadisələrdə ictimai baryer rolunda çıxış edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443