"Kimisi qızımın özünü atanda lüt olduğunu deyir" - Özünü 17-ci mərtəbədən atan qızın anası danışdı

"Kimisi qızımın özünü atanda lüt olduğunu deyir" - Özünü 17-ci mərtəbədən atan qızın anası danışdıBakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub.

BiG.AZ xəbər verir ki, oxu.az-ın əməkdaşları hadisə baş verən yerdə olublar.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə baş verən binanın komendantı Toğrul Kətanov bildirib ki, hadisə 17 iyul, səhər saat 09:38 radələrində baş verib:

"İntihar edən qız bu binada yaşamır. Saat 09:27 radələrində binanın 20-ci girişindən girərək 17-ci mərtəbənin pəncərəsindən özünü atıb.

Yuxarıdan düşən zaman binadakı kondisionerə ilişib, paltarları cırılıb. Təcili tibbi yardıma zəng vurduq. Sonra polis bölməsinə xəbər verdik. Yarım saat sonra anası və yaxınları gəldi".

Biz binanın həyətinə asanlıqla daxil olduq. Eyni zamanda, binaların bloklarının qarşısında qıfıl, şifrəyə rast gəlmədik.

Sakinlər bildirdi ki, bina ərazisində uzun müddətdir təmir işləri gedir:

"Buraya gələn hər kəs rahatlıqla binalara daxil ola bilər. Binadakı mənzillər yarımtikilidir. Daha çox kirayə verilir. İntihar edən qız bizim binada yaşamayıb. Səhər saatlarında binaya daxil olub.

Bu barədə fakt binanın müşahidə kameralarında da var. Qız yerə düşəndə əynində paltar var idi. Gödəkçəsi kondisionerə ilişib və cırılıb. Meyit bir saata yaxın yerdə qaldı. Sonra anası hadisə yerinə gəldi".

Sakinlər qeyd edib ki, intihar edən qız "İnşaatçılar" metrostansiyası tərəfdə yaşayırmış.

Baş verən hadisə barədə detalları öyrənmək üçün üz tutduq deyilən ünvana. Bir saata yaxın həmin ərazidə ünavanı axtardıq və yaşadığı yeri tapdıq.

18 yaşlı qızın anası Çimnaz Vəliyeva ağlayaraq danışmaq istəmədiyini bildirdi.

Daha sonra qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsıldığını və danışmaq istəyini dilə gətirdi.

Nərgizin anası deyir ki, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb:

"Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib.

Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları analaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil".

Çimnaz Vəliyeva bildirdi ki, qızı haqda deyilənlər əssassızdır:

"Mən övladımı özünü atdığı binada görəndə təccübləndim ki, ay Allah, bura haradır? Mən gedəndə yerdə uzanmışdı, polislər yaxınına da buraxmadılar. Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub, getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır.

Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir.

Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şort, qırmızı gödəkçə və ayağında ayaqqabı olub".

İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub:

"Qızım saat 09:10-da "Whatsapp"da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs, elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub?

Bəlkə, mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim".

Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7432   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568