Uşaqlarınızda bu əlamətlər varsa, MÜTLƏQ... - Baş pediatrdan VACİB XƏBƏRDARLIQ

Uşaqlarınızda bu əlamətlər varsa, MÜTLƏQ... - Baş pediatrdan VACİB XƏBƏRDARLIQgünlər ölkədə uşaqlar arasında bağırsaq infeksiyaları ilə bağlı xəstəxanalara müraciət artıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən, əsas şikayətlər ishal, qusma halları və temperaturun yüksəlməsi ilə bağlıdır. Bu hallar isə uşaqların bədinində suyun azalmasına səbəb olur. Bu isə özü ilə yeni problemlər gətirir. Uşaqların immuniteti zəifləyir. Valideynlər deyir ki, həkimlər qusma və ishal əlamətləri ilə müşahidə edilən bu xəstəliklərin uşaqlar arasında hava-damcı yolu ilə yayıldığını bildirir.

Paytaxtın uşaq infeksion xəstəxanalarına gün ərzində daim bu şikayətlərlə müraciətlər daxil olur.

BiG.AZ xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə açıqlamasında bildirib ki, yay mövsümündə uşaq xəstəlikləri ilə bağlı ən çox müraciətlər günvurmalar və bağırsaq pozğunluqlarıdır:

"Yay mövsümündə qida rasionun geniş və isti mühitdə xarab olmağa meyilli olması bağırsaq pozuntularına "şərait" yaradır. Biz yayda meyvə və tərəvəz bolluğundan istifadə edib uşaqların orqanizmini möhkəmləndirməliyik ki, qışa hazır olsunlar. Digər tərəfdən bu qidalardan baş verən xəstələnmə hallarının da qarşısını almalıyıq. Yayda digər fəsillərdən fərqli olaraq ishal əlamətləri tez-tez müşahidə edilir, bağırsaq infeksiyaları artmağa meyilli olur. Bu da yayda tez xarab olan qidaların qəbulundan baş verir. Bu səbəblərdən uşaqlarda salmonelloz, dezinteriya xəstəliyi, qida toksiki infeksiyaları müşahidə edilə bilər".

Baş pediatr hazırda bağırsaq infeksiyası xəstəlikləri ilə bağlı təhlükənin olmadığını deyir:

"Uşaqlar yalnız rotavirusa yoluxanda hava damcı infeksiyaları vaxtı mədə-bağırsaq xəstəliyi əlamətləri özünü göstərir. Bu zaman qusma, ishal, qastroenterit əlamətləri müşahidə edilir. Hazırda Azərbaycanda heç bir xəstəliyin epidemiya şəklində, geniş yayılması halları mövcud deyil. Lakin çirkli dəniz suyunu udma və xarab olmuş qida qəbulu ilə əlaqədar müraciətlərlə qarşılaşırıq. Bu da mövsümi göstəricilərə uyğundur. Hazırkı durumda uşaqlarla bağlı mövsümi xəstəliklərdə qorxulu hal olduğunu deyə bilmərik. Lakin tədbirlər görməliyik ki, bu hallar ümumiyyətlə, baş verməsin. Hazırda epidemiay və ya qorxulu xəstəlik əlamətləri yoxdur".

Baş pediatr xəbərdarlıq edir ki, gün ərzində nəcis ifrazının sayı 4 dəfədən çox olursa, nəcisin xarakterində patologiya olursa, onun rəngi dəyişirsə, bu, diareya xəstəliyinin əlamətləridir:

"Bu zaman mütləq uşaq həkim müayinəsində olmalıdır. İshalın səbəbi müəyyən edilməlidir. Normalda heç bir uşaq qusmamalıdır. Əgər uşaqda qusma varsa və təkrarlanırsa, mütləq həkimə müraciət olunmalıdır. Bu zaman həkim onun qusma və qaytarma sindromu olduğu müəyyən edir və ona uyğun müalicə tədbirləri həyata keçirilir. Həm ishal, həm də qusma uşaq orqanizminin susuzlaşmasına səbəb olur ki, bu da bəzən çox ciddi nəticələr verə bilir. Ona görə də bu əlamətlər müşahidə olunan uşaqlara qarşı həssas davranmaq lazımdır. Bu məsələləri gündəmdə saxlamaqla yanaşı uşaqları qidalandırarkən də diqqətli olmağı tövsiyə edirik. Uşaqların qəbul etdiyi qida onun yaşına uyğun olmaldıır. Əlavə qidalar verərkən həkimlə məsləhətləşməlidirlər. Beş-altı ayı yay aylarına təsadüf edən uşaqlara əlavə qida verilməsini payız aylarına qədər təxirə salmağı məsləhət görürük. Qidaların yay mövsümündə yaşa uyğun verilməsi mütləqdir. Bu halları hər zaman nəzərdə saxlanmalıdır". (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2488   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 357
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 376
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 336
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 729
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 739
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 509
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1671
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 804
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 203