Fatimə indi də Vasiflə dalaşdı: "Ağzının danışığına fikir ver" - VİDEO

Fatimə indi də Vasiflə dalaşdı: "Ağzının danışığına fikir ver" - VİDEOƏməkdar artist Vasif Məhərrəmli ilə rəqqasə Fatimə Fətəliyeva arasında efirdə gərgin anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində müğənninin rəqqasə ilə küsülü olduğu ortaya çıxıb.

Vasif canlı yayıma zəng edərək məsələyə aydınlıq gətirmək istəyib. O, Fatimə ilə küsülülüyünə Xatun Əliyevanın səbəb olmadığını deyib və rəqqasəni təhqid edib:

"Qadın məsələsinə məni qatmasınlar. Ucuz reklamlara ehtiyacım yoxdur. Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Burada mənim Fatimədən ağzım yandı. Eybi yox, sonra görüşdük, salamlaşdıq. Seçkilər ərəfəsində Şirvan şəhərində konsert idi. Orada müğənnilər üçün olan çadıra daxil oldum, Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da...".

Onun sözlərini kəsən Fatimə "Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Görün bu insan mənə nə deyir? Danışıq qabiliyyətin olsun. Xatunla məkanların birində oturub məni müzakirə etmisiniz. Sizin qeybət xoşunuza gəlir. Bu sizin xasiyətinizdir" deyərək, əsəbi cavab verib.

Vasif isə "Aş gətirmirsən? Gəldilər mənə dedilər ki, təqdim et "Respublikanın əməkdar artisti Fatimə. Axı bu əməkdar artist deyil. Fatimənin öz günahıdır onunla danışmamağım" deyərək, dəstəyi asıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1786   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 636
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 305
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 2932
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 458
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 427
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 922
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 611
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1111
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1621