Pizzanın yaranma tarixi

Pizzanın yaranma tarixiPizza İtalyan mənşəli xəmir yeməyidir. Platon "Respublika" adlı əlyazmasında xalq adətlərindən danışmış və yağ, pendir, soğan, göyərti qatılmış yeməklərdən bəhs etmişdi
Pizza İtalyan mənşəli xəmir yeməyidir. Üstünə bir çox vəsait qoyula bilər. Kaşar pendiri, sosiska, pomidor, kolbasa, bibər, zeytun, misir kimi ana məlzəmələr xaricində bir çox dəyişik vəsaitin qoyulduğu pitsalar da var. Xüsusilə ana vətəni olan İtaliyada və ABŞda bir çox pitsa növü inkişaf etdirilmişdir. Dünyanın bir çox yerində pizza evlərə aparma xidməti edildiyi üçün istifadəsi və yeməyi olduqca yüksəkdir.
Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış. Yastı formada bişirilmiş çörəyi xatırladırmış. Həmin dövrdə bişirilmiş pizzanın içərisinə yağ, sarımsaq, soğan, gülxətimi və zeytun əlavə edilirmiş. Platon "Respublika" adlı əlyazmasında xalq adətlərindən danışmış və yağ, pendir, soğan, göyərti qatılmış yeməklərdən bəhs etmişdir. Qədim Fars İmperiyasının tarixinə nəzər saldıqda çar olmuş Böyük Dara (eramızdan əvvəl 521 – 486 – cı illər) haqqında məlumatlara rast gəlinir. Bu yazılarda məlum olur ki, onlar xüsusi qayda ilə hazırlanmış çörəklərdən yeyirmişlər. Bu çörəklərin düzəldilməsində pendir və xurmadan istifadə edilmişdir. Buna bənzər çoxsaylı xörəklərə, xüsusən içərisində bir çox əlavələri olan yeməklərə elə qədim zamanlardan müxtəlif xalqların kulinariyasında rast gəlinmişdir. Romalılar da bu barədə olduqca mükəmməl ustalığa malikdir, çünki onların da pizza qabiliyyətləri çox yüksəkdir. Xüsusən bu xalq dəfnə ağacından və baldan çox gözəl pizzalar bişirir. Yayılmış roma əfsanələrindən birinə diqqət yetirdikdə görərik ki, Roma legionerləri qədim ölkələrdən birindən qayıdarkən özləri ilə birlikdə yemək gətirmişlər. Bu xörəyin də adı "pizea" adlanmışdır və özlüyündə çörəyə bənzəyirmiş, içərisində isə müxtəlif tərəvəzlər var imiş. Digər fikirlərə əsasən romalılar sadəcə olaraq yunanlara məxsus olan pizzanı dəyişdirmiş və özlərinki etmişlər. Bu zaman onlar pizzanın içərisinə pendir və bir neçə müxtəlif inqrident də əlavə ediblər. Bu pizza isə romalıların dilində "plakenta" kimi söylənilmişdir. Roma tarixçilərindən biri olan Mark Porsiy Katon, bu şəxs həm də Böyük Katon (bizim eradan əvvəl 234 – 148 – ci illər) adı ilə də tanınır. Həmin şəxs yumru formada olan xəmirdən bişirilmiş, içərisinə yağ, bal qatılmış və daş üzərində bişirilən yemək haqqında məlumat vermişdir. Pizzanın öz yaradılışı qədim hərbi rəis Lukullunun dövrünə aid edilir, çünki həmin adam süfrə arxasında yeyib – içməyə üstünlük verirmiş. Hətta "Lukullu ziyafəti" sözü də indiyə kimi yayılmışdır. Lakin onu da qeyd edək ki, Romada pizza üçün istifadə edilən pomidorlar, İtaliyada geniş yayılmamışdı. Çünki ilk olaraq pomidor bura Amerikadan gətirilirdi. Məhz bu səbəbdən də ilk olaraq pizzanın yaradılmasının Lukulluya aid edilməsi çox müzakirəli mövzudur. Bizim eranın birinci əsrində məşhur kulinariya ustası olan Mark Haviya Apisiyanın kitabı əlimizə keçmişdir. Bu kitab "De Re Coquinaria" adlandırılmışdır. Apisiya yeməkləri o qədər sevirmiş ki, bir az ac olan kimi öləcəyini düşünürmüş. Apisiyanın kitabında çoxsaylı xörəklər vardır ki, bunlardan biri də pizzanın reseptinə bənzəyir. Xəmirin tərkibinə yağ, quş ətinin müəyyən hissələrə ayrılmış forması, qoz, sarımsaq, nanə, istiot qatıldığı yazılmışdır. Reseptə diqqət yetirsək müasir pizzanın bütün inqridentlərinin bu yeməyə qatıldığını görə bilərik. Bu reseptlərdən biri latın sözləri ilə qurtarmışdır; "insuper nive, et inferes", bu sözlərin mənası "qarda soyutduqdan sonra süfrəyə verilməlidir" kimi tərcümə edilir. Pizzaya bənzər qidalar Pompeydə aparılan qazıntılar nəticəsində əldə edilmişdir. Həmin yer Neopolisin yaxınlığında yerləşirmiş və tarix ərzində dəyişilərək müasir zamanda Neapol adlandırılmışdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6537   Tarix: 07 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055