Arıq insanların içi qurdlu olur

Arıq insanların içi qurdlu olurKökəlmək arzusunda olanlara məsləhətlər

Demək olar ki, bütün informasiya mənbələrində arıqlamaqla bağlı dietalar yayımlanır. Lakin kökəlmək arzusunda olan insanlar da var… Qəribə görünsə də belələri var, həm də az deyillər… Elə mütəxəssislərin də qeyd etdiyi kimi günümüzdə 7% insan çəki çatışmazlığından əziyyət çəkir. Gündəlik həyatımızda da arıqlıqdan şikayət edən insanlara tez-tez rast gəlirik. El arasında belələrinə çox vaxt məzəli şəkildə "içi qurdlu adam" deyirlər. Bəs görəsən, hansı amillər insanı kökəlməyə qoymur? Ümumiyyətlə, hansı qaydalara riayət etməklə sağlam şəkildə kökəlmək olar?

Terapevt Nuranə Məhərrəmova günümüzdə kökəlmək istəyən çoxlu insanın olduğu faktını təsdiq edərək, əsas problem kimi stress dolu həyat şəraitinin olmasını göstərir: "Elə insanlar var ki, stressdən kökəlir, elələri də var ki, əksinə olaraq arıqlayır. Həmçinin, qurd xəstəlikləri, zobun olması, mədə-bağırsaq sisteminin pozulması, mədə xorası bir sözlə həzm traktının pozulması kökəlmənin qarşısını alır. Bir də insanın xasiyyət xəstəliyi olan paxıllıq insanı kökəlməyə qoymur. Kökəlmənin ən sağlam forması isə ilk növbədə həkimə müraciət edərək səbəb faktorunu müəyyənləşdirməkdir. Müvafiq müalicə kursu götürdükdən sonra düzgün qida və istirahət rejimini müəyyənləşdirmək lazımdır".
Tez bir zamanda necə çəki yığmaq olar sualına isə mütəxəssislərin bir neçə məsləhətini təqdim edirik.
Çox yemək lazım deyil. Əksər insanlar hesab edir ki, çoxlu yağlı və xəmir xörəkləri yeyəndə çəki artır. Lakin çəkinin artmasının yerinə, həzmdə ciddi problemlər yarana bilər. Mədəyə yığılan çoxlu miqdarda qida həzm olunmur, bu səbəbdən qidalı maddələr çatışmazlığı əmələ gəlir və siz yenə də kökələ bilmirsiniz.
Az-az qida qəbul etməkdə vacibdir. Daim xörək yeməzdən əvvəl az miqdarda bir şey qəbul edin belə olan halda, siz həzmi yaxşılaşdırmış olacaqsınız. Bunun üçün – süd, qoz, fındıq, quru meyvələr və müxtəlif kalorili içkilərdən istifadə etmək olar.
Həmçinin, çalışıb çoxlu istirahət edin. Əsəb gərginliyi də çəkinin artmasına mane ola bilər, buna görə çalışın əsəbiləşməyin. Gün ərzində heç olmasa 1 dəfə nəfəsinizi dərib, 20 dəqiqə sakit oturun.
Məşq etmək də faydalı hesab olunur. Çox uzun çəkməyən və yorucu olmayan məşqlər edin. Üzmək, gəzinti, əsas əzələlər üçün bəzi hərəkətlər şübhəsiz sizə xeyir verəcək. Rejimə əməl edərək hər gün eyni vaxtda oyanmağa, qida qəbul etməyə və yatmağa çalışın.
Gündə 5dəfə, asta və qidanı yaxşı çeynəyərək yemək lazımdır. Yeməkdən əvvəl və ya yemək vaxtı əsəbiləşmək qadağandır. Bu həzm sisteminə çox ziyandır. Ümumilikdə həyatınızı elə nizamlayın ki, mümkün qədər az əsəbiləşəsiniz. Sutkanın 8-10 saatını yatmaq lazımdır, amma yuxu dərmanının köməyindən istifadə etməmək şərtilə.
Havadan asılı olmayaraq şam etməzdən öncə 1 saatlıq gəzintiyə çıxın və bu zaman dərindən nəfəs alıb-verin. Bu məşq iştahı oyadır. Sonra yaxşıca yeyin və ən gec 1saat sonra yatın. Şamdan sonra kiçik qurtumlarla 1 stəkan ballı süd içmək də xeyirli hesab olunur.
Onu da qeyd edək ki, yemək vaxtı həmçinin nəsə oxumaq və radio dinləmək də ziyandır. Günorta yeməyindən sonra 15-30 dəqiqə uzanmaq çox xeyirlidir. Bu vaxt yaxşı və xoş bir şey barədə fikirləşməyə çalışın.
Ən əsası isə zərərli vərdişlərdən imtina edin. Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırın. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir.
O cümlədən, qidanı sevməyə çalışın. Özünüz üçün yemək hazırlayın, reseptlər kitabı alın, gözəl yemək şəkillərinə baxın. Mütləq mətbəxdə iştahlı yemək posteri asın.
Tərəziyə baxmaqdan isə çəkinin. Tərəzi əvəzinə güzgüyə baxmağa üstünlük verin. Mütəxəssislərin dediyinə görə, gündə 2 stəkandan artıq çay içmək olmaz. Turşu, istiot və süddən uzaq durulmalıdır.

Sürətlə yemək kökəlməyə səbəb olur

Britaniyanın tibb jurnalı üç min nəfərin yemək yeyən zaman davranışını analiz edən Osaka Universitetindən olan yaponiyalı alimlərin hesabatını dərc edib. Alınmış nəticələrə əsasən, yeməyi daim sürətlə udmaq vərdişi və nəzarətdənkənar çəki yığmağa meyillilik arasında birbaşa əlaqə müşahidə olunub. Beləliklə, yemək yeyən zaman tələsən kişilər asta yeyən kişilərlə müqayisədə 84 faiz, qadınlar isə iki dəfə çox kökəlmə riskinə məruz qalırlar. Eksperimentin təkcə yeməyə tələsməyən, eyni zamanda, tam doyduqlarını hiss edən zaman dayanma vərdişini nümayiş etdirən iştirakçıları üç dəfə çox kökəlmə riskinə məruz qalırlar.
İngiltərəli mütəxəssis-dietoloqların fikrincə, yemək yeyən zaman tələsmək doymaq haqqında beyinə xəbər verən siqnal sisteminin işini pozur. Nottinqem Universitetindən olan professor Yen Makdonald hesab edir ki, mədənin sistemin fəaliyyətə başlamasından daha tez doldurmaq vərdişi hələ uşaqlıq dövründən formalaşır.

Müəllif: Xəyal Yəhyayev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9572   Tarix: 06 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659