Sumqayıtda dəhşətli cinayət — Görüşdüyü qadını pula görə amansızlıqla öldürdü

Sumqayıtda dəhşətli cinayət — Görüşdüyü qadını pula görə amansızlıqla öldürdüSumqayıt şəhərində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Firuz Nəsiblinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ "ölkə.az"a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

İttihama görə, 2017-ci il, noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nuridə Həsənova qətlə yetirilib.

"JEK" işçisi olan Nuridə Həsənovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olduğunu zənn edib. O, qadını öldürərək pullarını ələ keçirməyi planlaşdırıb.

Hadisə baş verən gün Firuz Nuridə Həsənovanın mobil telefonuna zəng vuraraq, görüşmək istədiyini deyib. Qadının yaşadığı mənzilə gələn Firuz Nəsibli qadına çoxsaylı bıçaq zərbələri endirib.

Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını-üstünə çevirib, amma heç nə tapa bilməyib.
Təqsirləndirilən Firuz Nəsibli "Topaz" oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb.
"JEK"də işləyən Nuridə Həsənova ilə tanışlığı dörd il öncəyə təsadüf edib.

Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nuridəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza "istədiyin vaxt qonağım ola bilərsən" deyib, ona telefon nömrəsini verib, evdə adam olmayanda qəbul edəcəyini söyləyib.

Bundan sonra Firuz Nuridəyə beş-on gündən sonra zəng vurub, Nuridə evində pul müqabilində onunla görüşüb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nuridə hərdən ona telefonla müxtəlif qadınların şəkillərini atıb: "Mən də onlardan bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı".

Firuz Nəsibli qeyd edib ki, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb.

Nuridənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb və pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb.

Firuz Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı Firuz Nəsibli törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Firuz Nəsiblinin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2091   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477