Əhaliyə HAVA XƏBƏRDARLIĞI - İntensiv yağış yağacaq, dolu düşəcək

Əhaliyə HAVA XƏBƏRDARLIĞI - İntensiv yağış yağacaq, dolu düşəcəkAzərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyulun 17-də bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1576   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 227
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 268
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 176
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 212
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

12:31 107
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 209
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 109
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 445
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 169