Xəbərimiz olmadan cibimizə necə girirlər? - Araşdırma

Xəbərimiz olmadan cibimizə necə girirlər? - AraşdırmaAzərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərən və mobil telefon istifadəçilərinə əlavə xidmətlər təklif edən "Navigator Mobil Sevices", "SimToday" və TMG provayderləri abunəçilərin hüquqlarını pozur, onların "cibinə girir".

Report xəbər verir ki, bu barədə "Bakcell" MMC-nin abunəçiləri məlumat verib.

Şikayətçilərin sözlərinə görə, adları çəkilən provayderlər onların mobil nömrələrini özlərindən xəbərsiz müxtəlif xidmətlərə qoşur və hesablarından pul tuturlar.

"Hiss etdim ki, nömrəmin balansı tez azalır. Daha sonra "Mənim Bakcellim" tətbiqini yüklədim. Onun sayəsində öyrəndim ki, "Simtoday" və TMG provayderləri hər gün mənim hesabımdan 0,59 manat çıxırlar. Halbuki mən həmin provayderlərin xidmətlərinə qoşulmamışam və buna razılıq verməmişəm. Bəs nömrəm bu xidmətlərə mənim icazəm olmadan necə qoşula bilər?! İlk öncə "Bakcell"ə zəng vurdum. Onlar vəziyyətdən çıxış yolu olaraq mənə ismarıc göndərdilər. Həmin ismarıcda sözügedən xidmətləri dayandırmaq üçün əlaqə vasitələri qeyd edilmişdi. Oradakı nömrələrə yığdım, həmin nömrələrdə qadın səsi mənə xidməti dayandırmaq üçün 1 rəqəmini yığmağımı, opetarorla əlaqə saxlamaq üçün isə 2 rəqəmini yığmağı tövsiyə edirdi. 1 rəqəmini basdım və mənə xidmətin dayandırıldığı bildirildi. Daha sonra rahat nəfəs aldım. Nəhayət ki, "SimToday"dən canımı qurtara bildim. TMG-nin operataru ilə də əlaqə saxladım və mənə nömrəmin "qara siyahı"ya salınacağına söz verdilər. Lakin məsələ həll olunmadı, oğurluq davam etdi. Yenidən zəng vurdum və mənə bildirdilər ki, məsələ gün ərzində həll ediləcək, lakin hələ də gözləyirəm", - deyə şikayətçilərdən biri üzləşdiyi hüquq pozuntusu barədə bildirib.

Azərbaycanda bu kimi hallarla üzləşən abunəçilərin sayı minlərlədir. Provayderlərin qəpik-qəpik oğurladığı pullar tədricən böyük məbləğlərə çevrilir və işbazların cibinə axır. Məsələn, təqdim etdiyimiz videoda göründüyü kimi, provayder məcburi satdığı xidmətlərə görə abunəçidən 100 manat oğurlamağa nail olub. Bu, 2018-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun (173 manat), təxminən, 58%-i deməkdir.

"Report" məsələ ilə bağlı provayderlərlə əlaqə saxlamağa çalışıb. Onlardan yalnız birinin - "SimToday"in operatoru zəngə cavab verib və bildirib ki, abunəçi xidmətə qoşulan zaman ona bunun ödənişli olması barədə ismarıc göndərilir. Üstəlik, qoşulma birbaşa həyata keçirilmir, internet səhifələrindəki hansısa linklərə daxil olarkən baş verir. Baxmayaraq ki, abunəçilər xəbərdarlıq ismarıcı almadıqlarını deyirlər.

TMG-dən, eləcə də "Navigator Mobile Services"dən isə zəngə cavab verilməyib. Xatırladaq ki, təxminən, 1 il bundan əvvəl "Report" "Navigator Mobile Services"in abunəçilərə vurduğu ziyanla bağlı araşdırma hazırlamışdı.

"Report" mözvu ilə bağlı "Bakcell"in də mövqeyini öyrənib. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, abunəçilər əlavə xidmətlərin deaktiv edilməsi üçün birbaşa onları təqdim edən təchizatçıya müraciət etməlidir: "Xidmətin nömrədə ləğv edilməsi üçün, istifadəçi təchizatçının əlaqə nömrələrinə zəng edə və yaxud müvafiq qısa nömrəyə SMS göndərə bilər. "Bakcell"in "555" Məlumat Mərkəzinə müraciət etməklə xidmət təchizatçısının əlaqə nömrələrini əldə etmək mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 14 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 328
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 569
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 318
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 118
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649