Azərbaycanda bu universitetlərdə təhsil haqları artırıldı — SİYAHI
2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına ödəniş haqlarında artımlar olub. Bundan əlavə bəzi ixtisaslar üzrə plan yeri artırıla da, bəziləri üzrə azalıb.
BiG.AZ xəbər verir ki, təhsil eksperti Kamran Əsədov azvision.az-a plan yerləri artırılan və ya azalan, eyni zamanda ödəniş haqlarında artım olduğu ali təhsil müəssisələri və ixtisaslar barədə məlumat verib.
Ekspert bildirib ki, Bakı Dövlət Universitetinin bütün ixtisasları üzrə 100 manat artım olub, yalnız III ixtisas qrupunda hüquq ixtisasının plan yeri 30 yer, təhsil haqqı isə 200 manat artırılıb. Universitetin Tarix müəllimliyi ixtisasının isə plan yeri 30 yer, təhsil haqqı isə 200 manat artıb. Bundan əlavə BDU-da korreksiyaedici təlim ixtisasının plan yeri 20 yer, təhsil haqqı 300 manat artıb.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dillər Universitetində təhsil haqları artmasa da, plan yerləri müəyyən ixtisaslar üzrə 10-15 faiz artıb. Bakı Slavyan Universitetində III ixtisas qrupunda Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə həm plan yeri 10 yer, təhsil haqqı 100 manat artıb".
K. Əsədov qeyd edib ki, IV ixtisas qrupu üzrə bu il yeni ixtisaslar salınıb, həm də olan yerləri və təhsil haqlarında ciddi dəyişiklər var.
"IV ixtisas qrupunda yeni fakültələr bunlardır: 1.Bitki mühafizəsi 2.Bağçılıq və tərəvəzçilik. IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb:
1.Müalicə işi: 460 yer (2017-ci ildə 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 AZN olub (2017 - ci ildə 3000 azn idi).
2.Stomotologiya: 15 yer (2017-ci ildə 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 AZN olub (2017-ci ildə 3000 azn idi).
3.Tibbi profilaktika: 35 yer (2017-ci ildə 65 yer idi), 30 yer azalıb.Təhsil haqqı 4000 AZN olub (2017-də 3000 azn idi).
4.Əczaçılıq: 35 yer (2017-ci ildə 60 yer idi), 25 yer azalıb. Təhsil haqqı 4000 AZN olub (2017-ci ildə 3000 azn idi).
I və II ixtisas qruplarında İqtisad Universitetinin ixtisaslarında təhsil haqqı artmasa da, plan yerləri artıb. V ixtisas qrupunda Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil haqları artmayıb, plan yeri 2017-ci ildə 925 yer olsa da, 2018-ci ildə kəskin şəkildə - 250 yer artaraq 1175 yer olub.
2018-ci il üzrə ən yüksək təhsil haqqı ADA-dadır. Belə ki, burda illik təhsil haqqı 6500 manatdır. Sonrakı yerdə Xəzər Universiteti gəlir ki, orda yüksək təhsil haqqı 5000 manatdır. Ondan sonra Bakı Dövlət Universitetinin Hüquq ixtisası gəlir, təhsil haqqı 4500 manatdır. Ölkədə ən ucuz təhsil haqqı isə 1000 manatdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1963 Tarix: 14 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
İraq Hörmüz boğazından keçidlə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən azad olunub. "Report" "Al Alam" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatında bildirilib. "Qardaş İraq Hörmüz boğaz
12:50 90 Keşlədə normadan artıq yağıntı: Vətəndaşlar təxliyə edilirlər - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub. BİG.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziy
12:58 111 Tramp "Alkatras" həbsxanasının bərpası üçün 152 milyon dollar tələb edib
ABŞ Prezidenti Donald Tramp 2027-ci ilin büdcə layihəsində Alkatras adasındakı ciddi rejimli həbsxananın bərpası üçün Konqresdən 152 milyon dollar tələb edib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti büdcə sənədinə istinadən məlumat yayıb. Qeyd olunub ki, b
13:00 83 ABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcək
ABŞ-nin federal məhkəməsi "Perry's Steakhouse & Grille" restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə "Complex" nəşri məlumat yayıb. Aparılan araşdırmalar nəticəsind
11:30 139 Evinizi su basanda bu səhvi etməyin - HƏYATİ TƏHLÜKƏ YARADIR
Evi su basması hər bir ev sahibi üçün həm maddi, həm də mənəvi baxımdan olduqca stresli vəziyyətdir. Belə halla qarşılaşdıqda panikaya düşmədən, soyuqqanlı şəkildə hərəkət etmək həm təhlükəsizliyi təmin edir, həm də dəyən ziyanın miqdarını azaldır. İlk növbədə, mütləq şəkildə yadda saxlamaq lazımdı
04.04.2026 302 XƏBƏRDARLIQ! Bakıda bu tarixlərdə GÜCLÜ KÜLƏK OLACAQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək. BİG.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrind
04.04.2026 323 Azərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ
Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i
04.04.2026 438 Paşinyan: "Biz xalqımızı cəhənnəmdən keçirmişik"
"Biz Ermənistan Respublikasını geosiyasi tələdən çıxardıq və onu sülh limanına çatdırdıq". xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının səkkizinci fövqəladə konfransında çıxışı zamanı bildirib. "Fəxr etməliyik, çünki bütün bunlar hər siyas
04.04.2026 363 Yaxın Şərqdəki gərginliyin Avropaya təsiri böyüyür
Avstriya, Almaniya, İtaliya, İspaniya və Portuqaliyanın maliyyə nazirləri ABŞ-nin İrandakı əməliyyatları nəticəsində yanacağın bahalaşmasından əldə edilən gəlirlərlə əlaqədar enerji şirkətlərinin əlavə mənfəətinə vergi tətbiq olunmasına çağırıblar. xəbər verir ki, bu barədə "Reuters" agentliy
04.04.2026 247