"Deputatların sayı artırılmadır"

"Deputatların sayı artırılmadır"Ölkədə siyasi mədəniyyətin artırılması, çoxpartiyalılığın oturuşması üçün proporsional seçki sisteminə keçilməlidir.

BiG.AZ bildirir ki, bunu Oxu.Az-a ixtisasca hüquqşünas olan millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, qarşıdan növbəti-6-cı çağırış, yəni, 2020-ci ilin parlament seçkiləri gəlir və bu baxımdan da, həmin vaxta qədər ölkədə seçki qanunvericiliyi vasitəsilə proporsional seçki sisteminə keçilməlidir:

"Proporsional seçki sisteminə keçilməsi üçün Konstitusiyaya dəyişikliklər edilməsinə, bunun üçün yenidən referendumun keçirilməsinə də o qədər ehtiyac yoxdur. Bu məsələni seçki qanunvericiliyi, Seçki Məcəlləsi ilə də tənzimləmək, reallaşdırmaq mümkündür.

Yəni, elə etmək olar ki, qarşıdan gələn 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi əsasında keçirilsin. Düzdür, əvvəllər deyirdik ki, yarı majoritar, ya proporsional seçki sistemi olsun, amma indi bütövlükdə parlamentin proporsional seçki sistemi əsasında formalaşdırılmasını məqbul və məqsdəuyğun sayırıq.

Çünki buna ciddi ehtiyac var".

Millət vəkili bildirib ki, Azərbaycanda çoxlu sayda partiyalar olsa da, onların böyük əksəriyyəti qeydiyyatdan keçsələr də, ancaq ölkədə hələ də çoxpartiyalılıq bərqərar olmayıb, oturuşmayıb:

"Bizdə çoxpartiyalılığın adı var. Qeydiyyatdan keçməklə məsələ bitmir ki?! Bizdə əsl çoxpartiyalılığa, onun bərqərar olmasına və oturuşmasına ehtiyac var. Bu məsələdə artıq formallıqdan uzaq olmaq lazımdır.

Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlament idarəetməsində hakim partiya təmsilçilərindən və bitərəflərdən (qismən də olsa) başqa heç bir siyasi təşkilatın nümayəndəsi iştirak etmir. Hətta, bizdə komitə sədrlərinin müavinlərindən belə kimsə başqa partiyanın təmsilçisi deyil.

Hansı ki, parlament kollegial orqandır və onun idarəçiliyində, rəhbərliyində Milli Məclisdə çoxluq təşkil edən hakim partiya nümayəndələri ilə yanaşı, mövqeyindən, müxalifət və ya iqtidaryönlü olmasından asılı olmayaraq, digər təmsilçilik hüququ əldə etmiş siyasi təşkilatın və ya təşkilatların nümayəndəsi də iştirak etməlidir.

Yəni, ən azı vitse-spikerlərdən biri, komitə sədrlərindən və komitə sədrlərinin müavinlərindən bir neçəsi digər partiyaların təmsilçiləri olmalıdır. Hətta, xarici ölkələrdə ən əsas komitələrdən olan büdcə (bizdəki İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi-red) komitəsinin sədrliyi müxalifətin təmsilçisinə verilir.

Burada da məqsəd büdcə kimi vacib məsələdə şəffaflığın tam təmin olunmasıdır. Amma təəssüflər olsun ki, dediyim ki, Cənubi Qafqaz ölkələri arasında tək biz bu məsələdə istisnayıq.

Ona görə hesab edirəm ki, 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi üzrə keçirilməli və parlamentdə azlıqda qalan partiyaların nümayəndələri də Milli Məclisin idarəciliyində iştirak etməlidir".

BAXCP sədri eyni zamanda bildirib ki, ölkə əhalisinin sayı artır və buna uyğun olaraq da, parlamentdə deputat yerlərinin artırılmasına da ehtiyac var:

"Düşünürəm ki, deputatların sayı ən azı 150 nəfər olmalıdır. Yəni, 125-dən 150-yə qaldırılmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 756
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 0
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 204
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 360
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 219
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 378
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 353
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 203
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 264