Erməni pasportunu dəyişib Azərbaycana gəldi - Gəncəyə getdi... - VİDEO

Erməni pasportunu dəyişib Azərbaycana gəldi - Gəncəyə getdi... - VİDEO

Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşin Facebook səhifəsində bir video paylaşıb. Bildirilir ki, həmin videonu əslində bir erməni hazırlayıb. Hansı ki, həmin erməni Azərbaycana Belarus pasportu ilə daxil olub.

BiG.AZ hafta.az-a istinadən xəbərinə görə, Lapşin öz səhifəsində yazır: "Bu da Azərbaycanı ziyarat edərək Gəncəyə, öz ata-baba evinədək gedib çıxan Belarus pasportlu erməni”. Bundan sonra lapşin ermənilərin Azərbaycana daxil olmasının mümkünsüzlüyünü xatırladır. Qeyd edir ki, bu Belarus pasportli şəxsin erməni olduğunu Azərbaycanda heç kim başa düşməyib və nəticəsi də budur ki, o, Gəncəyədək gedərək ata-baba evindən reportaj hazırlaya bilib.

Yeri gəlmişkən, həmin adam Azərbaycandan qayıtdıqdan sonra Ermənistana, ordan da Qarabağa yollanıb.

Lapşin öz paylaşımında, xislətinə sadiq qalaraq yenə də Azərbaycan xalqının ünvanına xoşagəlməyən ifadələr işlədib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2334 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
maraan
maraan 11.07.2018
bu birinci defe değil ermenilerin bakiye girmeyi..