"Polisimizi dönər bıçağı ilə öldürüblər" - FOTO

"Polisimizi dönər bıçağı ilə öldürüblər" - FOTO

“Gəncəlilərə səslənirəm, sabitliyi qoruyun”.

BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan “Səni Axtarıram” verilişində çıxış edən zaman deputat Fəzail Ağamalı bildirib.

"Polisimizi dönər bıçağı ilə öldürüblər" - FOTO

O vurğulayıb ki, bu cür təxribatların qarşısı alınmalıdır:

“Siz necə icazə verdiniz ki, polisimizi dönər bıçağı ilə öldürsünlər. İnsanlar gözləri qarşısında baş verən hadisəyə çox biganə yanaşırlar. Buna necə dözdülər. Səbəb nədir? Araşdırılmalıdırki, niyə vəzifə borcunu yerinə yetirən, vətəndaşların təhlükəsizliyi üçün öz canını sipər edən polisimizin öldürülməsinə insanlarımız bu qədər biganə yanaşır.Azərbaycan polisinə vurulan zərbə dövlətçiliyimizə vurulan zərbədir. Mən düşünürəm ki, bu cür məkrli qüvvələr Azərbaycan ordusunun qarşısında acizdirlər. Bu dövlət hamımızındır. Bu müstəqillik hər birimizin dəyəridir. Biz bu müstəqilliyimizi gələcəyimiz olan övladlarımız üçün qorumalıyıq. Bu cür məkrli addımlara qarşı birliyimizi ortaya qoymalıyıq. Belə olan halda heç bir qüvvənin təxribatı baş tutmayacaq”.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5051 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.07.2018
Allah rəhmət etsin
zor ))