Bakıda pulsuz paylanan qəzet nəşrə başladı

Bakıda pulsuz paylanan qəzet nəşrə başladıArtıq Azərbaycanın media məkanına yeni qəzet daxil olur. Azərbaycan və rus dillərinə çap olunan, 24 səhifəlik "New Baku Post" qəzetinin təsisçisi Tural Əliyev, baş redaktoru Tofiq Abbasov, rus bölməsinin baş redaktoru isə Kənan Quluzadədir.

Qəzetin baş redaktoru Tofiq Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, hər həftənin cümə günü işıq üzü görəcək nəşr bir çox baxımdan Azərbaycan media məkanına yeniliklər gətirəcək. Belə ki, tirajı 10 min olan qəzet oxuculara pulsuz paylanacaq. "New Baku Post" qəzeti ali məktəblər, müxtəlif nazirliklər, biznes mərkəzləri, iri supermarketlər də daxil olmaqla Bakının 50-yə yaxın nöqtəsində paylanır. Qəzeti yaratmaqda əsas amal isə Azərbaycanda yeni sözün deyilməsidir.

"Biz bilirik ki, hazırda gənc nəsil qəzet oxumağa bir o qədər də meyl östərmir. Buna görə də "New Baku Post" qəzetini yaratmaqla biz cəmiyyətdə yeni mükamilə meydanı yaratmaq istəyirik. Biz bu qəzeti ümumxalq qəzeti formasında görürük. "New Baku Post" qəzetində ictimai proseslərə, siyasi məqamlara, sosial problemlərə, idmana, humanitar sahəyə bir sözlə, ümumilikdə bütün sahələrə yer ayrılacaq", - deyə Tofiq Abbasov bildirdi.

Baş redaktor qəzetin komandasının 90 faizinin artıq formalaşdığını deyir. Tofiq Abbasovun sözlərinə görə, komanda üzvlərinin içərisində kifayət qədər təcrübəli yazarlar və redaktorlar var. Qəzetin eyni adlı saytının da bu günlərdə işə başlayacağı planlaşdırılıb.

Qəzetin maliyyə məsələsinə gəlincə Tofiq Abbasov "New Baku Post"un biznes-layihə olduğunu və reklamlar hesabına ayaqda qalmağı düşündüklərini qeyd edib.

Qəzetin təsisçisi Tural Əliyev isə ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq qəzetin bu günə olan nömrəsi tamamilə paylanıb. Gələn həftələrdən nəşrin tirajının iki dəfə artırılması planlaşdırılır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2385   Tarix: 09 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

TOP MP3