Deputatlar da cangüdən saxlayırlarmı?

Deputatlar da cangüdən saxlayırlarmı?Cangüdənlik müasir dövrdə özünü təsdiqləmiş peşədir. Azərbaycanda da cangüdənlə gəzən vəzifə adamları, imkanlı şəxslər az deyil. Bu sırada siyasətçilər, müğənnilər, məmurlar, rektorlar, iş adamları çoxdur. Bir sıra şəxslər də var ki, onlar özlərinə imic formalaşdırmaq məqsədilə cangüdən tuturlar.

İyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və onun mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalması cangüdən mövzusunu bir xeyli aktuallaşdırıb. Yeri gəlmişkən, Milli Məclisdə təmsil olunan bir neçə deputatın da cangüdəni var.

Bəs digərləri?.. Elmar Vəliyev olayından sonra onlar da özlərinə cangüdən tutmaq haqda düşünüblərmi?...

Modern.az saytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov heç vaxt cangüdəndən istifadə etmədiyini və indi də bu haqda düşünmədiyini deyib:

"Mənim əlimdə imkan olan zaman ancaq kiməsə köməklik etmişəm. Kiminləsə ədavətim olmadığına görə də cangüdənə ehtiyacım yoxdur. Nə də cangüdəni saxlamağa imkanım var. Mən dükana, bazara və ürəyim istədiyi yerə rahat şəkildə gedə bilirəm. İnanmıram ki, kimsə mənə nəsə etmək istəsin, mən də cangüdən saxlayım. Hər zaman xalqın arasında olan biriyəm. Elə bilirəm ki, hamı məni çox istəyir. Xüsusilə də kənd adamları. Bu günə kimi heç kəsə sataşmamışam, bir söz belə deməmişəm. Hər zaman çalışmışam ki, deputat seçildiyim bölgədə, yaşadığım ərazidə, ümumiyyətlə insanlarımız arasında hörmət-izzət qazanım. Şükürlər olsun ki, bu hörməti qazanmışam. Ona görə də mənim cangüdənlə gəzməyə zərrə qədər ehtiyacım yoxdur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov vaxtilə yüksək vəzifələrdə işləsə də, heüç vaxt cangüdəndən istifadə etməyib.

"Mən ən çətin vaxtlarda, 1992-1993-cü illərdə Baş nazirin birinci müavini işləmişəm. Ancaq heç vaxt da cangüdəndən istifadə etməmişəm. Çünki həmişə xalqın arasında olmuşam. Mənim xalqdan gizli heç nəyim yoxdur. İnsanlara yaxın olmaq, onların dərdini dinləyib, problemnlərinə köməklik etmək lazımdır".

Deputat bildirib ki, bu gün bəzi məmurlar öz işləriylə məşğuldur, nəinki dövlətin işləriylə:

"Qanuna əsasən, 3 şəxs dövlət hesabına cangüdəndən istifadə edə bilər. Bunlar Prezident, Baş nazir və Milli Məclisin sədridir. Qalan şəxslər hansı pulun hesabına cangüdəni saxlayırlar? Ümumiyyətlə, bunların hamısı qeyri-qanuni hərəkətlərdir".

Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuuluğu komitəsinin üzvü Fəzail Ağamalı vaxtilə cangüdəndən istifadə etdiyini bildirib.

"Əvvəla, insana verilən ömrü Allah alır. İkinci tərəfdən isə mən elə bir əməlin sahibi deyiləm ki, cangüdənlərlə gəzim. Bir ara istisna olunmaqla. Keçmiş deputat Hüseyn Abdullayevlə aramızda problem yaranan zaman özüm şəxsən Daxili İşlər Nazirliyinə müraciət etdim ki, mənim təhlükəsizliyim təmin olunsun. Çünki Hüseyn Abdullayevin ətrafında quldur dəstəsi vardı. O, hər şeyə əl ata bilərdi. Haradasa 2 aya yaxın Çevik Polis Alayı tərəfindən mən mühafizə olundum. Vəssalam. Bir də 1990-cı illərin əvvəllərində hadisələrin gərgin vaxtında partiyadaşlarımın çox böyük təkidi ilə 10-15 gün hara getmişəmsə, partiya üzvlərinin bir neçəsi məni müşayiət edib".

Deputat deyib ki, kimsə adamın qəsdinə dayanıbsa,1 və 2 cangüdənlə canını qoruya bilməz:

"Mərhum prezident Heydər Əliyevin həyata keçirmiş olduğu cinayətkarlığa qarşı sərt mübarizə, daxili işlər orqanlarının peşəkar fəaliyyəti nəticəsində 1990-cı illərn sonundan başlayaraq Azərbaycanda cangüdənlə gəzməyə ehtiyac görülmədi. Bu gün də ölkəmizdə cangüdəndən istifadə etməyə ehtiyac yoxdur. Ona görə də mən nə silah, nə də cangüdən gəzdirməyə ehtiyac duyuram".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli də vaxtilə cangüdəndən istifadə edib.

"Azərbaycan Xalq Cəbhəsi hərəkatı yarananda İsmayıllıda hakim işləyirdim. O zaman mənə Əliheydər adlı şəxsi cangüdən ayırmışdılar. Bunu mənə qərarla İsmayıllıdakı xalq hərəkatı ayırmışdı. Hətta həmin şəxs Ali Məhkəmədə işləyəndə də məni müşayiət etdi.
Vəhdət Partiyası yarananda da Zahid adlı şəxs könüllü olaraq mənə cangüdənlik edirdi. Mən o zaman cangüdəndən mitinqlər zamanı istifadə edirdim. Adi vaxtlarda isə heç vaxt cangüdəndən istifadə etməmişəm. Onlara isə əməkhaqqı verməmişəm. İndi isə cangüdənim yoxdur və ehtiyac belə duymuram. Bu gün mən işə piyada gəlmişəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 07 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

08.05.2024 88
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

08.05.2024 626
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 731
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

08.05.2024 143
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

08.05.2024 318