"7 rayon şərtsiz qaytarılmalıdır" - VIDEO

"7 rayon şərtsiz qaytarılmalıdır" - VIDEOErmənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko öz Yutub səhifəsində paylaşıb.

"Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Fizuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınıyaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm ki, heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, o zaman heç vaxt oraya getməzdim. Əlbəttə, azərbaycanlılar mənim üçün kifayət qədər komfortlu səfər təşkil etdilər.

Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Axı Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl və Qubadlı rayonları da mövcuddur. Bu ərazilər Azərbaycana məxsusdur və erməni hərbi birləşmələri tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 90-cı illərdə işğal edilib. Ermənilərdən kimsə deyə bilərmi ki, bu belə deyil? Onlardan kimsə bunun Ermənistan ərazisi olduğunu deyə bilər?" – deyə o bildirib.

Onun sözlərinə görə, erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq milyonlarla azərbaycanlı qaçqın geri qaytarılmalıdır:

"Mənim mövqeyim hər zaman dəyişməz qalıb. Hesab edirəm ki, ermənilər gərək yüz illərdir yaşadıqları Azərbaycana geri dönsünlər. Mən həmçinin hesab edirəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı öz evlərinə qayıtmalıdırlar. Bu bütün insanlar üçün faciə olub. Ona görə də mən oraya getdim ki, müharibənin azərbaycanlılarla ermənilərin problemlərinin həlli üçün pis həll variantı olduğunu deyim. Məncə, bu rayonlar heç bir şərt irəli sürülmədən azad edilməlidir. Serj Sərkisyan pis və ya yaxşı olmasından asılı olmayaraq, 5 rayonun azad edilməsiylə bağlı İlham Əliyevlə razılaşmışdı. Bu, situasiyanı müəyyən qədər normallaşdıracaqdı. Lakin Sərkisyanı devirdilər, yerinə Paşinyan gəldi və yenidən eskalasiya başladı. Mən Paşinyanın siyasətinə qarşıyam və hesab edirəm ki, işğal edilmiş ərazilərin azad edilməsi siyasəti davam etdirilməlidir. Əminəm ki, ağıllı ermənilər, Ermənistanın millətçilik mifinə yoluxmayan ağıllı vətəndaşları məni dəstəkləyəcəklər. Ona görə də mənim Füzuliyə səfərim simvolik idi. Mən iki qədim xalqı real dialoqa çağırıram".

O, həmçinin, Azərbaycanda hər kəsin müharibəyə hazır olduğunu bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1435   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 0
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

20:30 0
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 80
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 284
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 0
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 169