"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO

"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTOÖlkənin enerji sisteminin sıradan çıxması paytaxtın ən iri tibb müəssisəsi hesab edilən 1 saylı Mərkəzi Klinik Xəstəxana da ("Semaşko") daxil olmaqla əksər xəstəxanaları da qaranlığa qərq etdi. Məlum oldu ki, xəstəxanaların tam əksəriyyətində, o cümlədən doğum evlərində generatorlar yoxdur, olanlar da işlək vəziyyətdə deyil.

Nəticədə 2 gün ərzində əməliyyat bloklarında iş dayandı, reanimasiyalarda, doğum şöbələrində problemlər yarandı, süni nəfər aparatları işləmədi. Prezident İlham Əliyev də ölkənin energetika sistemindəki vəziyyətə həsr edilmiş dünənki müşavirədə səhiyyə naziri Oqtay Şirəliyevi yalan danışmaqda ittiham edib və xəstəxanalarda ehtiyat elektrik enerjisinin olmamasına irad bildirib: "Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir -onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyildilər".

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, paytaxtın aparıcı dövlət xəstəxanalarında generatorlar həqiqətən işlək vəziyyətdə olmayıb. 1 saylı Kliniki Tibbi Mərkəzin işini itirməmək qorxusu ilə adının açıqlanmasını istəməyən həkimləri həmin günü yaşananları danışıblar. Onların sözlərinə görə, həmin gün telefon işığında 2 doğuş aparılıb, xəstələrə tikiş qoyulub. Həkimlər öz hesablarına su və şam alaraq xəstələri sakitləşdirməyə məcbur olublar.

"Çox dəhşətli mənzərəydi, zahı qadınlar dəhlizlərə çıxaraq qışqırırdılar. Həkimlər az qala dizlərini yerə qoyub onları sakitləşdirmək üçün yalvarırdılar", -həkimlərdən biri deyir.

Kliniki Tibbi Mərkəzin reanimasiya və əməliyyat blokunda da işıq olmayıb. Həkimlər deyirlər ki, xoşbəxtlikdən əməliyyat blokunda ağır xəstə yox idi, yoxsa hökmən ölüm hadisəsi baş verəcəkdi.

Həmin vaxt küvəsdə olan bir körpə də təcili özəl xəstəxanaların birinə aparılıb. Həkimlərdən biri deyir ki, 24 ildir bu xəstəxanada çalışır, son 10 ildə xəstəxanada 3-4 dəfə işıqlar sönüb, heç birində də generatorlar qoşulmayıb. Xəstəxananın cərrahiyyə şöbəsindən isə deyiblər ki, reanimasiyaya işıq verilib, amma təcili yardımla gətirilən yüngül travması olan xəstələr yerli keyitmə ilə şam işığında əməliyyat olunublar. Palatalarda isə işıq olmayıb.

Xəstəxana rəhbərliyi məsələ ilə bağlı danışmayıb, amma qəbul şöbəsindən bildiriblər ki, xəstəxanadakı 4 generatordan üçü işləməyib. Prezidentin müşavirəsindən dərhal sonra xəstəxanaya yeni generator alınıb.

Sabunçudakı 3 saylı Kliniki Xəstəxanadan isə bildiriblər ki, kriminal hadisələr zamanı yaralananlar və yol qəzasında xəsarət alanlar daha çox bu xəstəxanaya gətirildiyindən həmin gün hazırlıqlı olublar. Hətta həmin gün digər xəstəxanalardan, xüsusilə özəl klinikalardan onlara xəstə daşınıb.

"Heç kim özəl klinikalarda baş verənlərlə bağlı danışmır, əslində hər gün reklam olunan klinikalarda da çətinlik yaranmışdı. Xəstələrini bizim xəstəxanaya gətirirdilər", -xəstəxanadan deyiblər.

5 saylı Doğum Evinin qəbul şöbəsinin həkimi Zəhra Hüseynova isə bildirib ki, işıqlar sönəndə xəstəxanada 2 generator var idi. Biri sovetlər dövründən qalıb, digərini yaponlar bağışlayıblar. Generatorlar dəral işə salınıb, həmin gün 4 ağır əməliyyat aparılıb. "Bizim xəstəxana ağır vəziyyətdə olan körpələri qəbul edir, işıqlar sönəndə küvəsdə 1 körpə saxlanılırdı", -həkim söyləyib. O, səhiyyə naziri Oqtay Şirəliyevin həmin gün Doğum Evinə zəng vuraraq vəziyyətlə maraqlandığını da əlavə edib.

Sosial şəbəkələrdə isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda və vərəm disponserlərinin işıqsız qaldığını yazıblar. Amma bu xəstəxanalara zəng vuranda "bizdə problem olmayıb" dedilər.

A.Qarayev adına Uşaq Klinik Xəstəxanasında da palatalar elektriksiz qalıb. Amma tez bir zamanda bu xəstəxanada ehtiyat generatorlar işə salınıb.

Ş.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu da problem yaşayan xəstəxanaların siyahısındadır. Xəstə yaxınlarının sözlərinə görə, işıqlar sönüb, palatada nəfəs almaq çətinləşib: "Onsuz da palatalarda istidir, kondisionerlər yaxşı işləmir. Mərkəzi kondisioner sistemi yoxdur. Həmin gün xəstələr qaranlıqda qalıblar, nəfəs ala bilməyiblər".

Xəstəxanadan isə deyiblər ki, reanimasiya şöbəsinə elektrik enerjisi verilib. Palatalardakı vəziyyətlə bağlı açıqlamanı isə təsərrüfat şöbəsi verə bilər: "Jurnalistlərin binasında da işıq olmayıb, əvvəl gedin öz problemlərinizi həll edin. Səhiyyənin dərdi sizə qalmayıb"-, institutdan telefon zəngimizi cavablandıran qadın belə dedi.

"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO"Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4313   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

20:30 110
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

16:50 180
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 129
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 163
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

22:20 0
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

18:10 157
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 162
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

21:50 69
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 214