İki dostun həbsxana DƏHŞƏTİ - Gəncədə ŞOK HADİSƏ

İki dostun həbsxana DƏHŞƏTİ - Gəncədə ŞOK HADİSƏGəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Eldəniz Məmmədov 9 iyul 2017-ci il tarixdə, saat 08-də Gəncə şəhəri, Kəpəz rayonu, "Sərçə" bazarı adlanan ərazidə yerləşən yeməkxanada tanışları Fuad Kazımov və Ramin Orucovla birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər.

"Türmədə atan hörmətsiz olub"

Yeyib-içən dostlar daha sonra çay içməyə başlayıblar. Bu zaman Ramin Orucov Eldəniz Məmmədovun əvvəllər məhkumluq həyatı yaşamış atasının ünvanına xoşagəlməz sözlər danışıb.

Ramin Orucov onun atasının cəza çəkmə müəssisəsində yaxşı ad çıxarmadığını, cəza çəkən şəxslər arasında hörmətsiz olduğunu və digər sözlər söyləyib.

Hədə-qorxu və dava

Ramin Orucovun bu kimi ifadələr işlətməsi səbəbindən Eldəniz Məmmədovla aralarında mübahisə yaranıb. Onlar bir-birinin ünvanına nalayiq sözlər və hədələr deyiblər.

Daha sonra Raminlə Eldəniz dalaşmağa başlayıb. Dava zamanı Ramin Orucov eyni məzmunlu sözləri təkrar etməsi Eldəniz Məmmədovu özündən çıxarıb.

Eldəniz Məmmədov Ramin Orucovun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisə yerində olan Fuad Kazımov aralığa girib.

Bir təpiklə törədilən qətl

Fuad Kərimov Eldəniz Məmmədovu bayıra çıxarsa da, o, bir neçə dəqiqədən sonra çölə çıxan Ramin Orucovun təpiklə baş nahiyəsindən vurub.

Eldəniz Məmmədovun atdığı təpik Ramin Orucovun bədənin də müxtəlif xəsarətlərlə nəticələnib. Baş verən hadisə zamanı Ramin Orucov vəfat edib.

İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

"Atamın ünvanına xoşagəlməz ifadələr işlətdi"

Təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, "Sərçə bazarı" adlanan ərazidə tanışları Ramin Orucov və Fuad Kazımovla yeyib-içən zaman Ramin Orucov onun atasının ünvanına xoşagəlməz ifadələr işlədib: "Ramin Orucovun dediyinə görə, guya atam həbsxanada cəza çəkdiyi dövrlərdə hörmətsiz adam olub. Ramin bu ifadəni dəfələrlə təkrar etdi. Bu zaman aramızda mübahisə yarandı, mübahisə sonda faciəli hadisənin baş verməsi ilə nəticələndi".

11 il 6 ay cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Hökm narazılıq yaratdı

Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə ona cəza verilməsini tələb edib.

Eldəniz Məmmədovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 03 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10.05.2024 316
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236
.

İbrahim Tatlıses sabah Bakıya gəlir

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sabah Bakıya gəlir. -ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Bakı restoranlarının birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Müğənni sevilən ifalarını səsləndirəcək

10.05.2024 368
.

Rusiya:"Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Ukraynaya hücumun həyata keçirildiyi və bu hücumların Ukraynanın enerji obyektlərini, hərbi sənaye müəssisələrini və dəmir yolu infrastrukturunu hədəf aldığı bildirilib. Açıqlamada bildirili

10.05.2024 128
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildiri

10.05.2024 258
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

10.05.2024 316
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153