"Şəhərdə yaşayan ailədə böyüyən uşaqla kənddəki uşaq bir deyil" - Müsahibə

"Şəhərdə yaşayan ailədə böyüyən uşaqla kənddəki uşaq bir deyil" - Müsahibə" Qayğılar artıqca valideynlər uşaqlarını daha da sərbəstliyə meylləndirirdi".

Bu fikirləri psixoloq Narınc Rüstəmova BiG.AZ-ın-un suallarını cavablandırarkən deyib.

- Valideynlər uşaqlarını tərbiyə edərkən nələrə daha çox diqqət yetirməlidirlər?

- Valideynlər çalışmalıdırlar ki, özlərində olan məsuliyyəti övladlarına da aşılaya bilsinlər. Özünənəzarəti uşaqlarda formalaşdırsınlar. Uşaqlarda özünənəzarət 3-6 yaşda formalaşır. Yəni uşaqlar özləri yuyuna bilməli, yeməli, geyinməli, bir az böyüdükdə isə artıq geyimlərini özləri seçməlidirlər.

Valideynlər bəzən övladlarını çölə buraxmırlar ki, söyüş öyrənə bilər, tərbiyəsi pozular. Bu şəkildə uşaqlarını qoruduqlarını düşünürlər. Amma uşaqlar həyətə düşməlidir. Pisi də, yaxşını da görməlidir ki, doğrunu seçə bilsin. Uşaq yıxılanda ana tez qaçıb qucaqlayıb qaldırır. Xeyr, uşaq yıxılanda özləri durmalıdır. Uşaqlara kiçik vaxtı sərbəstlik verməliyik ki, yeni-yeni kəşflər etsinlər. Aktiv uşaq hər zaman öz yolunu tapacaq. Əlbəttə, valideynlər sərbəstliklə tərbiyəsizliyi səhv salmasınlar. Sərbəstliyin öz çərçivəsi var. Uşağı demokratik qayda-qanunlarla böyütməliyik. Belə olduqda uşaqda özünə güvən formalaşır.
Özgüvəni olan uşaq narkomanların içərisinə düşsə belə, düzgün çıxış yolu tapacaqdır. Bu gün yeniyetmələr siqaret çəkir, yanlış qruplara düşürlər. Uşaq artıq dominant kimi ana, atasını deyil, bir başqasını axtarır. Uşağı biz kölə kimi böyütsək, zaman keçdikcə o başqa "ağa" axtaracaq. Uşaqlarımızı kölə kimi deyil, özünə inamı olan şəxsiyyət kimi böyütməliyik.

Onların etdiklərini qiymətləndirmək, dəyər vermək, işlətdiyimiz hər sözə fikir vermək lazımdır. Ata-ana olmaq çox çətindir. Evlilik öncəsi psixoloji hazırlıq çox vacibdir. Gəlinlik geyinib, şadlıq sarayında dəbdəbəli toy etmək valideynlik hazırlığı deyil. Qadın uşaq yetişdirməyi bacarmalı, tərbiyəsi haqqında məlumatlı olmalıdır. Kurslara gedə bilər, uşaq psixologiyasına aid kitablar oxuya bilər, psixoloqlarla məsləhətləşə bilər. Çox pul xərcləmədən də gözəl ana olmaq olar. Sadəcə bunu istəmək lazımdır.

Biz uşağı 12 yaşına kimi tərbiyə edirik. 12 yaşından sonra verdiyimiz tərbiyənin bəhrəsini görürük. Valideynlər yeniyetməlik yaşlarına qədər övladlarının hər anlarına, etdiklərinə diqqət etməlidirlər. Ən xırda detallara qədər diqqət edilsə, çox gözəl gənclik böyüdülə bilər. Uşağın norması yoxdur. Ailənin norması var. Yəni bir ailədə nəyisə etmək normaldırsa, digər ailədə bu, qəbuledilməz ola bilər. Ata-ana çox önəmlidir. Şəhərdə yaşayan ailədə böyüyən uşaqla kənddə yaşayan ailədə böyüyən uşaq bir olmayacaq. Çünki psixoloji faktorlar var. Yaxşı olar ki, valideynlər hər xırdalığa fikir versinlər. Çünki xırdalıqlar bizi idarə edir.

- Bu gün uşaqlarda daha çox rast gəlinən psixoloji problemlər hansılardır?
- Bu gün uşaqlarda rast gəlinən psixoloji problemlər dəyişkəndir. Əgər biz uşağı tərbiyə ediriksə, cəmiyyətin bugününkü psixologiyasına uyğun etməliyik. Təbii ki, valideynlər çox zaman indiki dövrü öz dövrləri ilə müqayisə edirlər. Bu da müəyyən problemlər yaradır. Bizim ən çox rast gəldiyimiz problem uşağın anaya bağlı olmasıdır. Bu da valideynin uşağa diqqətinin artmasına gətirib çıxarır. Bizdən əvvəlki dövrlərdə çoxuşaqlı ailə dedikdə 8-9 uşağa sahib olan nəzərdə tutulurdu. Amma bu gün isə çox uşaqlı ailə dedikdə ən çox 3 uşaq nəzərdə tutulur. Qayğılar artıqca valideynlər uşaqlarını daha da sərbəstliyə meylləndirirdi. Ancaq günümüzdə uşaqların az olması valideynlərin övlada olan qayğısını artırır. Düşünürlər ki, 1 övladım var, hər şeyin yaxşısını onun üçün edim. Bu da uşaqlarda ərköyünlüyə, şıltaqlığa və davranış pozuntusuna səbəb olur. Uşaqlar valideynlərin zəif nöqtəsini biləndə artıq öz istədiklərini etməyə başlayırlar. Yəni kompyuterə, televizora yönəlirlər. Hətta elə analar var ki, 8 yaşlı uşağını hələ özü çimizdirir, yedizdirir, geyindirir. Bu da uşaqlarda tənbəlik, öz məsuliyyətini dərk etməmək problemi yaradır. Ana göstəriş vermədən uşaq heç bir iş görmür. Davamlı şəkildə nəzarət normal deyil. Bu, uşaqlarda özgüvənsizliyə səbəb olur və stresə davamsızlıq yaradır. Xüsusən də belə uşaqlar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər, sosial mühitə öyrəşə bilmirlər. Daha çox da onlarda davranış problemləri yaranır. Bu da uşaqlarda çəkingənlik və ağlamalarla müşahidə olunur. Bir sözlə, "evdə xoruz olurlar, çöldə fərə". Həmin uşaqların problemləri bağça dönəmində və məktəbdə daha çox özünü göstərir. Çünki sinifdə və bağçada uşaqların sayı çox olduğundan müəllim bütün diqqətini 1 uşağa yönəldə bilmir. Təbii ki, uşaqlar evlərində gördükləri qayğını bağçada və məktəbdə görə bilmirlər. Bu da zaman keçdikcə uşaqları aqressivləşdirir. Aqresiya yarandıqda isə uşaqlarda davranış pozuntusuna gətirib çıxarır. Uşaqlar anadan ayrıla bilmir. Analarını məcbur edirlər ki, onlarla birgə məktəbdə, baxçada otursunlar. Düşünürlər ki, analarının yanında güvəndə olurlar. Analar da uşaqlarını özgüvənsiz böyüdürlər.

Valideynlər hər şeydə mükəmməllik axtarırlar. Bu mükəmməllik sonda uşaqlarda məsuliyyətsizliyə gətib çıxarır. Artıq avtoritar ailə modeli arxada qaldı. Artıq yeni, gənc nəsildə güvənli ailə modeli təsəvvür edə bilirik. Çünki gənc valideynlər daha məlumatlıdırlar. Biz informasiya əsrində yaşayırıq. Gənc valideynlər uşaq psixologiyası ilə tanış olurlar, ailələrimiz psixoloqlara gedirlər. Bu çox yaxşı haldır ki, gənclər uşaqlarını tərbiyə edən zaman psixoloq yardımı alırlar.

- Uşaqları nəyisə etməyə məcbur etmək doğrudurmu?

- Valideyn ilk öncə qaydalara baxmalıdır. Qaydalar təbii ki, ata-anada olmalıdr. Uşağı qaydalara tabe etməliyik. Baxçada vaxtında yatıb-durmaq, məktəbdə 45 dəqiqə dərsdə oturmaq qaydadır. Uşaqlarımızı tərbiyəsiz şəkildə böyütməməliyik. Uşaqlar müəyyən qrafiklə böyüdülməlidir. Bu qrafikə də uymaq heç vaxt məcburi şəkildə olmamalıdır. Yəni döymək, söymək, fiziki, psixi zorakılıq, alçaltmaq olmamalıdır. Qayda qoyan zaman bunu uşağa izah etmək lazımdır. Başa düşməsə, səbəbini, fəsadlarını dəfələrlə izah etmək lazımdır. Tabe olmasa müəyyən cəzalar vermək, tabe olanda isə onu mükafatlandırmaq, həvəsləndirmək, etdiyinin doğru olduğu mesajını vermək lazımdır. Uşaq rejimi olmalıdr. Rejimlə böyüdülən uşaq əvvəlcə valideynin köməyi ilə öyrənəcək. Sonra isə sərbəst şəkildə yemək, yol getmək, yatmaq saatını biləcək. Valideynlər yaxşı olar ki, körpə yaşlarından uşaqları rejimə salsınlar. Uşaqları qaydalara uymağa məcbur etmək lazımdır. Daha döymək, söymək, "xoxan gəldi" kimi şeylərlə qorxutmaq olmaz.

- Bu gün bir çox uşaqların nitqində problemlər yaranır. Bu nə ilə bağlıdır?

- Uşaqlarda nitq problemi müxtəlif səbəblərdən ola bilər. Əgər nervoloji problemlər, boğulma və başqa patalogiya yoxdursa, uşağın nitqində yaranan qüsurlarda televizorların, kompyuterlərin, planşet və telefonların rolu böyükdür. Nevroloji uşaq televizor qarşısında oturmasa belə, onun nitqində qüsurlar olur. Nitq tənbəlliyinə səbəb ana-ataların uşaqlarını televizora qarşı nəzarətsiz böyütməsidir. 3 yaşına kimi uşaq texnologiyadan uzaq durmalıdır. 3 yaşından sonra uşaq 7 yaşına kimi 20 dəqiqə aralıqlarla televizora baxa bilər. 7 yaşından sonra isə bu rəqəm 40-45 dəqiqəyə qalxa bilər. 12 yaşından sonra isə saat yarım və ya 2 saat ola bilər. Əgər valideyn 3 yaşına kimi uşağı televizordan uzaq tutarsa, onun nitqində heç bir problem olmayacaq. Çünki televizor, planşet bir tərəfli ünsiyyət vasitəsidir. Uşaq informasiyanı alır, işarə dili ilə danışır. Bu da zaman keçdikcə nitqin tənbəlləşməsinə gətirib çıxarır. Baxdığı cizgi filmlər rus, ingilis, türk dillərində olur. Yaxşı olar ki, valideyn uşağının düşüncə dilini müəyyənləşdirsin. Buna uyğun da uşaqlar düzgün şəkildə istiqamətləndirilməlidir. Valideyn çalışdığı qədər 3 yaşına kimi uşağını televizordan, planşetdən uzaq tutarsa, oyuncaqlar alıb onlarla oynamasını təmin edərsə, övladlarının nitqində heç bir ləngimə olmayacaq, beləliklə psixoloq müdaxiləsinə də ehtiyac qalmayacaq.

Nitqdə yaranan problemlər 7 yaşına kimi aradan qaldırıla bilir. Əlbəttə, nitqdə hansı problemin olması önəm daşıyır. Əsasən 7 yaşına kimi uşaqlarda nitq mərkəzi aktiv olur. Bu yaşa kimi alınan nəticələr sürətlidir. Maddi və mənəvi cəhətdən tez nəticə əldə olunur. Ancaq 7 yaşından sonra çətinləşir və öz fəsadlarını verir. Nitq inkişafı dönəmi isə 4 yaşına kimidir. Bu yaşa kimi uşaqlarımızı nitq inkişafını nəzarətdə saxlayıb dəstək olmaq lazımdır. 4 yaşından sonra uşağın nitqində problem varsa, loqoped dəstəyi almaq lazımdır. Ancaq 4 yaşından əvvəl nitqi zəifdirsə, psixoloqla məsləhətləşmək lazımdır. 4 yaşından əvvəl loqopedə müraciət etmək olmaz. Çünki bu zaman ağız formalaşır. Ağıza isə bu yaşda müdaxilə etmək olmaz.

- Anaya bağlı uşaqlarla məktəbdə necə davranmaq lazımdır?

- Bu iki formada olur. Yəni bir sıra hallarda uşaq şıltaqlıq edib anasını yanında istəyə bilər, bəzi hallarda isə uşaq həqiqətən qorxaraq bunu edə bilər. Bu cür uşaqlarla valideynin mövqeyi düzgün olmaldır. Valideyn öz dediyinin üzərində durub, uşağın ağlamağına fikir verməməlidir. Ancaq uşaq qorxursa, valideyn bunu hiss etməlidir. Müəllim hər valideynə "uşağını qoy, get" deyə bilməz. Yaxşı pedaqoq bilməlidir ki, uşaq niyə ağlayır. Bunun üçün də ailəni gözəl araşdırmalıdır. Qorxan uşağın ilk öncə özgüvənini artırmaq, qorxulu bir şeyin olmadığını göstərmək lazımdır. Bunu təkcə məktəbdə deyil, həm də psixoloqla da məsləhətləşmək lazımdır.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1543   Tarix: 02 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 441
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 235
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 422
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 249
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 125
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 680
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 501
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 281
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 652