"Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı seminar

"Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı seminarDövlət İmtahan Mərkəzi bu gün Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi "Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı birgə layihə çərçivəsində növbəti seminar keçirir. Layihə çərçivəsində mövzu ilə bağlı ilk seminar 17 may 2018-ci il tarixində təşkil olunub.

DİM-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov qonaqları salamlamış, SIGMA ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışmışdır. B. Xəlilov bildirmişdir ki, daxili nəzarət qurumlarını dövlət orqanların səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar".

SIGMA proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska da çıxış edərək Azərbaycanda bu layihənin daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirmiş və DİM ilə birgə layihələrin gələcəkdə də davam etdirilməsi istiqamətində danışıqların aparıldığını qeyd etmişlər.

Tədbirdə SIGMA ekspertləri tərəfindən ilk seminarda təqdim edilmiş əsas anlayışlar (daxili nəzarət sisteminin alətləri, risklərin idarə edilməsi, vahid nəzarət funksiyası, nəzarət fəaliyyətində insan resurslarının rolu, Aİ-də daxili nəzarət, Aİ ölkələrində nəzarət və audit funksiyaları) barədə məlumatlar yenidən nəzərdən keçirilmiş, dövlət idarəçiliyində nəzarətin standartları, ümumi nəzarət funksiyalarının yerinə yetirilməsinin əsas prinsipləri, əsas qaydalar və meyarlar, institusional nəzarət prosedurları və mərhələləri, keyfiyyətin təmin edilməsi, nəzarət fəaliyyəti ilə məşğul olan bölmələrdə insan resurslarının idarə edilməsi və kompetensiya modeli barədə təqdimatlar edilib.

İştirakçılar qrup şəklində Azərbaycanın dövlət qurumlarında daxili nəzarət sistemində mövcud olan problemlər barədə müzakirələr aparmış, eskpertlər tərəfindən təqdim edilmiş tapşırıqları yerinə yetirmiş, sistemin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirib.

Qeyd edək ki, SIGMA proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. 1992-ci ildə təsis edildikdən sonra SIGMA çeviklik və tələbyönümlülük prinsipinə əsaslanaraq ölkələrə idarəetmə və inzibati sistemlərin yaradılmasında köməklik göstərir. SIGMA-nın əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 28 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 162
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 141
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 393
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 150
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 144
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 269
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 129
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 160