Azərbaycanda narkomanların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda narkomanların sayı açıqlandı - RƏSMİRespublika üzrə 01.01.2018-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30131: dispanser qeydiyyatında olanlar-25139 nəfər, profilaktik-4992 nəfər, anonim müalicə alan-1031 nəfərdir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadınların ümumi sayı 595 nəfər: dispanser qeydiyyatında olanlar –450 nəfər, profilaktik - 145 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 212: dispanser qeydiyyatında olanlar-207 nəfər, profilaktik -5 nəfərdir. 2017-ci il ərzində 2115 narkoman qeydiyyata götürülmüşdür: dispanser qeydiyyatında olanlar – 1566 nəfər, profilaktik - 549 nəfər.

Qeyd olunub ki, 2017-ci il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 1432 nəfərdir: dispanser qeydiyyatında olanlar –488 nəfər, profilaktik - 944 nəfər). İnyeksion narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır. Eyni zamanda 2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci il I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfərdir.

"2018-ci ilin I rübü ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə edilib, 551 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb. 2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 529 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F11) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub".

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları" təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan RNM-də 179 nəfəri, 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində müayinədən 615 nəfər keçib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 28 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423